Sıyıqlar

Dadlı və faydalı düyü sıyığı

Düyü sıyığı ən faydalı sıyıqlardan biridir.

Düyünün nadir faydalı xüsusiyyəti ondan ibarətdir ki, düyü çox gözəl absorbentdir.

Düyü orqanizmdə olan ziyanlı maddələri (şlaklar, toksinlər, ağır metalların düzları və s.) özünə hopdurur və orqanizmdən çıxardır.

Düyü müxtəlif vitaminlər (B qrupu, E, PP), mikroelementlər (fosfor, kalsium, kalium, maqnezium, sink, dəmir, selen), zülallar, mürəkkəb karbohidratlarla zəngindir.

Düyü ürək-damar sistemi, böyrəklər, oynaqlar üçün xeyirlidir. Kalsiumla zəngin olan düyü sıyığı uşaqlar üçün də çox faydalıdır.

İshal zamanı suda bişirilmiş düyü sıyığı çox yaxşı müalicəvi təsir edir. Belə sıyıq həm də bağırsaqları orada yığılan ziyanlı maddələrdən yaxşı təmizləyir.

Düyü sıyığı dietik qida sayılır. Bu səbəbdən arıqlamaq istəyən insanlar bu sıyığı öz qidalanmasına əlavə edə bilərlər. Təbii ki, bu halda sıyığa səkər tozu və kərə yağı çox az miqdarda əlavə olunmalıdır.

Lakin nəzərinizə çatdıraq ki, bütün bu faydalı xüsusiyyətlər yalnız təmizlənməmiş ağ düyü sortuna aiddir (biz bu düyünü "yumru düyü" kimi tanıyırıq). Qəhvəyi düyü də həmçinin çox faydalıdır. Uzun düyünün ("aş düyüsü") faydalı xüsusiyyətləri daha azdır. Bundan əlavə uzun düyünün qəbulu bəzi xəstəlikləri və pozulmaları olan insanlara tövsiyə edilmir.

Dadlı düyü sıyığı bişirmək istəyirsinizsə, divarları qalın qazandan (çuğundan və ya poladdan olan) istifadə edin.

Lazım olan məhsullar:

- düyü - 1 stəkan,

- su - 1/2 l,

- süd - 1/2 l

- kərə yağı - 50 qr,

- duz,

- şəkər tozu - zövqə görə,

- darçın - 1 çimdik,

- üzüm - hər boşqab üçün 1 xörək qaşığı.

Hazırlanması

1. Düyünü bir neçə dəfə yaxşı yuyun, 30 dəqiqə ərzində suda isladın və sonra yenə yaxşı yuyun.

2. Qazana 1 l soyuq su doldurun və suya düyü tökün.

3. Su qaynadıqdan sonra sıyığa duz əlavə edin, qazanın qapağını kip örtün və vam odda bişirin.

4. Su tam buxarlandıqdan sonra qazana isti süd əlavə edin və düyü tam hazır olana kimi bişirin.

5. Sıyıq hazır olana 1-2 dəqiqə qalmış şəkər tozu, kərə yağı və darçın əlavə edin və yaxşı qarışdırın.

6. Əvvəlcədən qaynar suda 30 dəqiqə ərzində isladılmış üzümü sudan çıxarın (suyu içə bilərsiniz), sıxın və hər boşqaba 1 xörək qaşığı olmaqla əlavə edin və qarışdırın.

Nuş olsun!

Evdarliq.Az


.
Загрузка...


BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Limon və qozla ŞƏKƏRLİ PİROQ

Limon və qozla ŞƏKƏRLİ PİROQ

Şirniyyat Hits:1937

Məhsullar: Xəmir: - 200 qr kərə yağı

Kartof göbələk və ətlə SOBADA. Şam yeməyi üçün əla variant!

Kartof göbələk və ətlə SOBADA…

İsti yeməklər Hits:1485

Tərkib: - 7-8 kartof - 500 qr göbələk

Burundakı qara nöqtələri aparan MASKA

Burundakı qara nöqtələri aparan MASKA

Kosmetologiya Hits:1745

Qara nöqtələr hər yaşda olan qadınların...

Xiyar turşusu. Sadə resept

Xiyar turşusu. Sadə resept

Qışa tədarük Hits:35044

İnqrediyentlər  1 ədəd 3 l-lik balon...

Saqqız ləkəsini necə təmizləyək? - ASAN YOLLARI

Saqqız ləkəsini necə təmizləyək? -…

Paltarlara qulluq Hits:2680

Bir anlıq diqqətsizlik nəticəsində geyimlərimizə və...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:154

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

Badımcan pomidor və pendirlə sobada

Badımcan pomidor və pendirlə sobada

Qəlyanaltılar Hits:251

Məhsullar: - 3 badımcan

Əriklə biskvit. Sadə resept

Əriklə biskvit. Sadə resept

Şirniyyat Hits:299

Məhsullar: - 2 yumurta

Bürclərin evlilik həyati haqqında MARAQLI FİKİRLƏR

Bürclərin evlilik həyati haqqında MARAQLI…

Münasibətlər Hits:1206

Bəzi bürclər evliliyə və isti yuva...

Kəsmik və qara gavalı ilə piroq

Kəsmik və qara gavalı ilə…

Şirniyyat Hits:600

Məhsullar: - 200 qr kəsmik

Sadə meyvəli piroq

Sadə meyvəli piroq

Şirniyyat Hits:1674

Məhsullar: Xəmir: - 100 qr şəkər tozu

Badımcan farşla sobada

Badımcan farşla sobada

İsti yeməklər Hits:948

Məhsullar: - 3 badımcan (500 qr)

Ev şəraitində dadlı dondurma

Ev şəraitində dadlı dondurma

Desertlər Hits:6808

İlin hansı fəsli olursa olsun, dondurma...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az