Sıyıqlar

Qarabaşaq sıyığı

Qarabaşaq yarması "yarmaların kraliçası" adlandırırlar. Bunun səbəbləri çoxdur.

Qarabaşaq yarması ən xeyirli yarmalardan biridir. Onun tərkibində əvəzolunmaz aminturşular, vitaminlər, dəmir, kalium, fosfor, mis, kalsium kimi faydalı mikroelementlər var.

Qarabaşq rutinlə zəngindir. Bu maddə güclü antioksidant xüsusiyyətlərinə malikdir ki, orqanizmdə gedən qocalma proseslərini ləngidir, kapilyar və damarların divarlarını möhkəmləndirir, vitaminlərin orqanizmə olan təsirini artırır.

Qarabaşaq sıyığı uşaqlar, hamilə qadınlar və yaşlı insanların qidalanmasına mütləq əlavə etmək lazımdır.

Dadlı və xeyirli qarabaşaq sıyığını bişirmək üçün müəyyən qaydalara əməl etmək lazımdır.

1. Yarmanı diqqətlə təmizləyirik və bir neçə dəfə (su təmiz olana kimi) yuyuruq.

2. Yarmanı ələyə tökürük ki, artıq su tökülsün və yarma bir qədər qurusun.

3. Daha sonra divarları qalın olan qazanda (ən yaxşı seçim - çuqun qazandır) yarmanı bir qədər (çox yox!) qovururuq.

4. Yarmanın üzərinə qaynar su tökürük. Suyun və yarmanın nisbəti çox vacibdir. 1 stəkan yarma üçün 2 stəkan su götürülür, 2 stəkan yarmaya 4 stəkan su və s.

5. İlk 3-5 dəqiqə ərzində (qaynara düşənə kimi) sıyıq güclü odda bişirilir. Daha sonra təxminən 20 dəqiqə ərzində qapağı bağlı qazanda (buxar çıxmamalıdır) su tam çəkilənə kimi bişirmək lazımdır. Bişirilmə zamanı qazanın qapağını açmaq, sıyığı qarışdırmaq olmaz.

6. Su tam çəkildikdən sonra qazanı 20 dəqiqə ərzində isti ədyala büküb saxlayırlar. Bu sıyığı daha yumşaq edir.

7. Daha sonra sıyığa duz və kərə yağı (zövqə görə) əlavə etmək lazımdır.

Nuş olsun!

Saglamolun.Az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Dadlı ətin bişirilməsi qaydaları. Faydalı məsləhətlər

Dadlı ətin bişirilməsi qaydaları. Faydalı…

Ərzaqlar Hits:32676

- Ət soyuq suda yuyulur, ancaq...

Kişilər bu cür qadınlara nifrət edir - Siz belə olmayın

Kişilər bu cür qadınlara nifrət…

Münasibətlər Hits:11768

Münasibətin ilk mərhələsində kimsə olduğu kimi...

Lavaşdan hazırlanan ruletlər üçün 20 dadlı içlik

Lavaşdan hazırlanan ruletlər üçün 20…

Qəlyanaltılar Hits:23339

Lavaşdan sadə və asan başa gələn...

Tort və pirojna üçün BİŞMİŞ KREM

Tort və pirojna üçün BİŞMİŞ…

Şirniyyat Hits:20543

Tərkib: - yarım l süd - 1 stəkan...

Ombreni evdə də etmək mümkündür - QAYDA

Ombreni evdə də etmək mümkündür…

Kosmetologiya Hits:12117

Dəbli ombre saç görünüşünə nail olmaq...

Heyva ilə ŞƏKƏRLİ PEÇENYE

Heyva ilə ŞƏKƏRLİ PEÇENYE

Şirniyyat Hits:2037

İnqrediyentlər: - 1 heyva - 2 stəkan un

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:443

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:477

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:377

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:691

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:588

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:481

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:910

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1092

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az