Sıyıqlar

Balqabaqlı düyü sıyığı

Balqabaq çox xeyirli tərəvəzdir. Onun tərkibində müxtəlif vitaminlər (A, C, D, E, PP, K, B qrupu), aminturşular, zülallar, sellüloz, müxtəlif faydalı mineral maddələr (kalium, kalsium, maqnezium, ftor, sink, fosfor və s.) var.

Balqabaq dəmirlə olduqca zəngindir. Bu balqabağı uşaqlar və hamilə qadınlar üçün çox faydalı edir.

Balqabaq karotinlə də çox zəngindir. Karotin insan orqanizmində güclü antioksidant olan A vitaminə çevrilir.

Uzun müddət ərzində saxlanıldıqda balqabaq öz faydalı xüsusiyyətlərini itirmir.

Meyvə və tərəvəzlər az olan soyuq fəsillərdə balqabaq orqanizmi bütün ona lazım olan vitamin və mikroelementlərlə təmin edir. Balqabaq immunitet yaxşılaşdırır, həzm, ürək-damar, sinir sistemi, böyrəklər, gözlər, dəri üçün olduqca xeyirlidir.

Lakin balqabağın bu xüsusiyyətlərindən faydalanmaq üçün bu tərəvəzi rasiona daha tez-tez daxil etmək lazımdır.

Təqdim etdiyimiz sıyıq həm böyüklər, həm uşaqlar üçün çox xeyirlidir. Uşaqlara bu sıyığı 6 ayından başlayaraq vermək olar.

Lazım olan məhsullar

- Düyü - 1 stəkan (ağ yumru düyüdən istifadə olunur. Qəhvəyi düyüdən də istifadə etmək olar, bu düyü növü daha faydalıdır.)

- Su - 2 stəkan

- Süd - 1 stəkan

- Balqabaq - 400 qr

- Kərə yağı, bal - zövqə görə.

Hazırlanma:

1. Düyü təmizlənir, yuyulur və 30 dəqiqə ərzində suda isladılır. Sonra divarları qalın olan qazana (çuqun qazan ən yaxşı seçimdir) qoyulur və üzərinə 2 stəkan qaynar su tökülür, duz əlavə olunur. Qaynadıqdan sonra düyü vam odda təxminən 15 dəqiqə ərzində bişirilir (qarışdırmaq lazımdır).

2. Balqabaq təmizlənir, yuyulur və gözü iri olan sürtgəcdən keçirilir.

3. Düyünün üzərinə süd və balqabaq əlavə olunur və vam odda təxminən 10-15 dəqiqə ərzində bişirilir.

4. Hazır sıyığa bal, kərə yağı (zövqə görə) və darçın əlavə olunur və yaxşı qarışdırılır.

Nuş olsun!

Evdarliq.Az


.
Загрузка...


BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Xəmirdə bişən sosis. Tez və dadlı!

Xəmirdə bişən sosis. Tez və…

Qəlyanaltılar Hits:9856

İnqrediyentlər: - 500 qr un - 250 qr...

Zərif KOKOSLU PİROQ

Zərif KOKOSLU PİROQ

Şirniyyat Hits:5622

Tərkib: - 1 yumurta

Arıqlamağa kömək edən 7 MEYVƏ

Arıqlamağa kömək edən 7 MEYVƏ

Sağlamlıq Hits:4605

Bir çox diyetoloq meyvələrin insanı kökəltdiyini...

Dadlı çiyələkli keks

Dadlı çiyələkli keks

Şirniyyat Hits:3532

Uşaqları dadlı şirniyyatla sevindirmək istəyirsinizsə, bu...

Insanın yalan danışmasını necə anlamaq olar?

Insanın yalan danışmasını necə anlamaq…

Münasibətlər Hits:3269

İnsan diliylə çox asan bir şəkildə...

Yodlaşdırılmış duz haqqında bilmədikləriniz faktlar

Yodlaşdırılmış duz haqqında bilmədikləriniz faktlar

Maraqlı... Hits:904

Yod qalxanvari vəzinin normal fəaliyyəti üçün...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Badımcan pomidor və pendirlə sobada

Badımcan pomidor və pendirlə sobada

Qəlyanaltılar Hits:115

Məhsullar: - 3 badımcan

Əriklə biskvit. Sadə resept

Əriklə biskvit. Sadə resept

Şirniyyat Hits:149

Məhsullar: - 2 yumurta

Bürclərin evlilik həyati haqqında MARAQLI FİKİRLƏR

Bürclərin evlilik həyati haqqında MARAQLI…

Münasibətlər Hits:1010

Bəzi bürclər evliliyə və isti yuva...

Kəsmik və qara gavalı ilə piroq

Kəsmik və qara gavalı ilə…

Şirniyyat Hits:547

Məhsullar: - 200 qr kəsmik

Sadə meyvəli piroq

Sadə meyvəli piroq

Şirniyyat Hits:1503

Məhsullar: Xəmir: - 100 qr şəkər tozu

Badımcan farşla sobada

Badımcan farşla sobada

İsti yeməklər Hits:859

Məhsullar: - 3 badımcan (500 qr)

Ev şəraitində dadlı dondurma

Ev şəraitində dadlı dondurma

Desertlər Hits:6596

İlin hansı fəsli olursa olsun, dondurma...

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ üsulu

Çaydanı ərpdən təmizləməyin ƏN UCUZ…

Faydalı məsləhətlər Hits:4061

Çaydan çox tez-tez istifadə edildiyi üçün...

Загрузка...

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az