Tez hazırlanan peçenye-sendviç

İnqrediyentlər:

- 180 qr kərə yağı

- 1 stəkan un

- 60 qr şəkər tozu

- vanil

- 1 banka bişmiş qatılaşdırılmış süd (bişmiş "squşonka" )

- şəkər kirşanı

Hazırlanması:

1. Yumşaq kərə yağı şəkərlə yaxşı çalınır (yağ ağarmalıdır).

2. Ələnmiş un, vanil əlavə olunur, yumşaq elastik xəmir yoğrulur.

3. Xəmiri sellofana bükün və 30 dəqiqə soyuducuda saxlayın.

4. Xəmiri nazik yayın və stəkanla dairələr kəsin.

5. Tavaya perqament kağızı sərin və üzərinə peçenye düzün.

6. Peçenyeni qabaqcadan 160 C qədər qızdırılmış sobada 7-8 dəqiqə ərzində bişirin və soyudun.

7. Qənnadı torbanın köməyi ilə bir peçenyenin üzərinə az miqdarda "squşonka" sıxın, üzərinə başqa peçenye qoyun, bir qədər sıxın.

8. Peçenyelərin üzərinə şəkər pudrasını səpin.

Nuş olsun!

Evdarliq.Az