Şirniyyat

Novruz süfrəsi üçün şorqoğal

Əslində, Novruz süfrəsinə duzlu (şor) deyil, şirin qoğal qoyarlar.

Şirin qoğalın xəmiri və hazırlanma qaydası də aşağıda göstərdiyimiz kimidir, fərq içidir ki, onu da qoz-fındıq və şəkər tozunun bərabər nisbətdə qarışığından hazırlayırlar.  

Tərkibi (16 -18  ədəd üçün):

xəmir üçün:
- 1 paket (2 1/4 ç.q.) toz maya
- 1 stəkan ilıq su
- 6 stəkan un + xəmir yoğurmaq üçün də əlavə
- 2 çay qaşığı duz
- 1 stəkan süd - otaq hərarətində
- 1 yumurta
- 200 qram əridilmiş (ərinmiş deyil) və soyudulmuş kərə yağı

iç üçün:
- 2 x.q. cirə
- 2 x.q.  razyana
- 0,5  ç.q.  sarıkök
- 1 ç.q. duz
- bir çay qaşığının 1/4-i qədər istiot
- 2 stəkan un
- 115 qram əridilmiş (ərinmiş deyil) və soyudulmuş kərə yağı

yağlamaq üçün:
- 500 q əridilmiş yağ.

üstü üçün:
- 2 yumurta sarısı
- 1 x.q. xaş-xaş

Hazırlanması:

1. Əvvəlcə xəmir hazırlanır. Balaca bir kasada mayanı ilıq suda həll edin, 1 çay qaşığı şəkər tozu əlavə edin, qarışdırın və təxminən 10 dəqiqə köpüklənməsi üçün gözləyin. Unu iri qaba ələyin, üzərinə duz əlavə edib qarışdırın. Ortasında bir çökək açıb maya qarışığı, süd, yumurta və yağı əlavə edin. Əlinizlə bunları qarışdırın. Xəmiri unlanmış taxta (və ya masada) yumşaq və elastik olana kimi, 10 dəqiqə yoğurun. Xəmir çox bərk olmamalıdır. Əgər xəmir hələ də əlinizə yapışırsa, onda bir az da un əlavə edib yoğurun. Xəmiri iri qaba qoyub üzərini dəsmal ilə örtüb gəlməsi üçün isti yerə qoyun, təxminən bir saat yarımlıq.

2. Bu müddətdə içi hazırlayın. Cirə və razyana toxumunu 2 dəq. ətri çıxana qədər qovurun (qovurmaq onların ətrini və dadını artıracaq, amma bu o qədər də vacib deyil - onları olduğu kimi də istifadə edə bilərsiz).

3. Ədvaları həvəngdə döyün. Bir qabda yağdan başqa iç üçün nəzərdə tutulan bütün ərzaqları qarışdırın. Əridilmiş yağı buraya əlavə edib əlinizlə narın umac olana kimi ovxalayın. İç hazırdır. Onu bir kənara qoyun.

4. Gələn xəmiri yağlamaq üçün yağı hazırlayın - yağı əridin,duz əlavə edib kənara qoyun.

5. 2 iri soba sinisini hazırlayıb kənara qoyun.

6. Xəmiri kündələyib 9 bərabər hissəyə ayırın. Hər hissəni kündələyin.

7. Bir az un səpilmiş taxtada bir kündəni 50 sm-lik  dairə alınanadək yayın.

8. Yaydıqca arada un səpin ki, xəmir oxlova yapışmasın, yaymaq rahat olsun. Sonra yuxanı oxlov vasitəsilə kənara qoyun.

9. 4 x.q. yağı yuxanın üstünə çiləyib əlinizlə yayın. Qalan kündələri də bu cür yayıb, üst-üstə yığın. Sonuncudan başqa, hamısını yağlayın (hər sonrakı kündəni daha kiçik açıb ondan əvvəlkinin üstünə yerləşdirib, kənarlarından çəkə bilərsiniz ki, altdakı yuxanın üstünə tam otursun). İndi isə ehtiyatla, lay-lay xəmirin kənarlardan tutub diametri 60 sm olana kimi dartın.

10 İti bıçaqla, xəmirdən 5 sm enində zolaqlar kəsin, sonra isə zolaqları 30 sm uzunluğunda düzbucaqlı şəridlərə kəsin. Dairənin qısa tərəflərini kəsməyin. Düzbucağın qısa tərəfindən başlayaraq onu rulet şəklində bükməyə başlayın, daha sonra isə içini aşağıda izah edilən iki üsuldan birini istifadə edərək doldurun.

11. 1-ci üsul: ruletin bir ucunu büzüb bağlayın, digər ucu açıq qalsın. Barmağınızla ruletin açıq qalan tərəfini oyun. İçi boş konus alınmalıdır.

2-ci üsul (bu üsul xəmiri daha da qat-qat edir): Ruleti əlinizdə hər iki tərəfindən tutaraq 3 dəfə burun (paltar sıxan kimi). Sonra əlinizlə basıb yastılayın. Yastıladığınız kökənin içində oyuq açın (göbələyin papağına oxşar).

Oyuğun içinə bir x.q. yarım içdən doldurun. Kökənin uclarını bir yerə gətirib bağlayın. Kökəni əlinizlə diametri 10 sm olanadək yastıladın.

12. Qoğalları bir-birindən aralı vəziyyətdə sinilərə düzün.

13. Əvvəlcədən sobanı 180 dərəcəyədək qızdırın. Qoğalların mərkəzində barmağınızla dayaz boşluq açıb oraya bir çimdik iç qoyun. Qoğalların üstünə yumurtanın sarısını çəkin və xaşxaş səpin. 40 dəqiqə ərzində və yaxud üstləri qızaranadək bişirin (20 dəqiqə bişdikdən sonra sinilərin yerlərini dəyişin). Qoğal soyuduqdan sonra süfrəyə verin.

Milli.az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Vaflili tort. Tez və asan!

Vaflili tort. Tez və asan!

Şirniyyat Hits:13996

Asan və tez hazırlanan dadlı vaflili...

Dərini cavanlaşdıran, ağardan ÇİYƏLƏK MASKALARI

Dərini cavanlaşdıran, ağardan ÇİYƏLƏK MASKALARI

Kosmetologiya Hits:14154

Çiyələk maskaları kosmetologiyada çox effektli sayılır...

Əzgilin faydaları haqqında

Əzgilin faydaları haqqında

Ərzaqlar Hits:1008

Əzgil kimyəvi tərkibə görə almaya bənzəyir...

Squşonka ilə zərif bulkalar

Squşonka ilə zərif bulkalar

Şirniyyat Hits:19937

Tərkib: - 1 stəkan süd - 4...

Cemli bulkalar

Cemli bulkalar

Şirniyyat Hits:29883

İnqrediyentlər: Xəmir üçün: - 200 ml süd

Bankanın qapağı açılmırsa, belə edin – ASAN ÜSUL

Bankanın qapağı açılmırsa, belə edin…

Faydalı məsləhətlər Hits:3888

Tomat, turşu, mürəbbə kimi bir çox...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:408

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:461

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:363

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:666

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:573

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:472

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:901

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1066

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az