Portağallı peçenye

İnqrediyentlər:

- 2 stəkan un

- 1 iri yumurta

- 70 qr kərə yağı

- 3 x.q. xama

- 1 çimdik duz

- 1/2 ç.q. soda

- 1 stəkan şəkər tozu (1/2 stəkan içlik üçün, 1/2 stəkan xəmir üçün)

- 1 x.q. nişasta

- 1 iri və ya 2 kiçik portağal

Hazırlanması:

1. Yumurta şəkər tozu ilə çalınır, yumşaq kərə yağı əlavə olunur, yaxşı qarışdırılır.

2. Sodanı xama ilə qarışdırın, kütləyə əlavə edin, qarışdırın.

3. Üzərinə un ələyin, 1 çimdik duz əlavə edin, yaxşı qarışdırın, xəmir yoğurun. Yumşaq elastik xəmir alınmalıdır.

4. Xəmiri sellofana bükün və 30 dəqiqə soyuducuda saxlayın.

5. İçlik hazırlayırıq. Portağalı yaxşı yuyun, doğrayın və çəyirdəkləri çıxardın (qabıqlar qalır). Sonra portağalı blenderlə 1/2 stəkan şəkər tozu və 1 x.q. nişasta ilə xırdalayın.

6. Xəmiri yayın, üzərinə içlik qoyun, hamarlayın, rulet şəklində bükün.

7. Ruleti soyuducuda 30-40 dəqiqə saxlayın, 3 sm tikələrə doğrayın.

8. Tavaya xüsusi kağız sərin, üzərinə peçenyeləri düzün.

9. Sobanı qabaqcadan 220 C qədər qızdırın və peçenyeni təxminən 20-25 dəqiqə ərzində bişirin.

10. Peçenyeni soyudun və üzərinə şəkər kirşanı səpin.

Nuş olsun!

Evdarlıq.Az