Beze ilə almalı piroq

Qeyri-adi, çox dadlı piroq.

İnqrediyentlər:

Xəmir üçün:

- 200 qr kərə yağı

- 2 stəkan un

- 1 stəkan şəkər tozu (xəmir üçün) + 1/2 stəkan şəkər tozu (alma üçün)

- 1 ç.q. qabartma tozu

- 1 çimdik duz

- 1 yumurta sarısı

- 4-5 iri alma

- 1/2 ç.q. darçın

Beze üçün:

- 3 yumurta ağı

- 1 çimdik duz

- 1/2 stəkan şəkər tozu

Hazırlanması:

1. Un qabartma tozu ilə birlikdə ələnir, yumşaq kərə yağı, yumurta sarısı, şəkər tozu, duz əlavə olunur, yumşaq elastik xəmir yoğrulur.

2. Xəmiri sellofana bükün və 30 dəqiqə soyuducuda saxlayın.

3. Almaları xırda tikələrə doğrayın və 1/2 stəkan şəkər tozu ilə yumşalana qədər vam odda bişirin, darçın əlavə edin, qarışdırın.

4. Xəmiri tavaya qoyun, hamarlayın və qabaqcadan 200 C qədər qızdırılmış sobada 20-25 dəqiqə ərzində qızılı rəng alana qədər bişirin.

5. Beze hazırlayırıq. Yumurta ağını 1 çımdik duzla mikserlə yaxşı çalırıq, hissə-hissə şəkər tozu əlavə edirik.

6. Hazır korjun üzərinə əvvəl almanı, üzərinə bezeni qoyuruq, hamarlayırıq.

7. Tavanı sobaya qoyuruq və temperaturu 220 C qədər artırıb 5-7 dəqiqə ərzində bişiririk. Beze bej rəngdə olmalıdır.

8. Hazır piroqu soyuduruq və masaya veririk.

Nuş olsun!

Evdarliq.Az


.
.
Загрузка...