Zərif və ətirli kəsmikli kekslər

Uşaqlar üçün bu faydalı şirniyatı hazırlayın.

İnqrediyentlər:

- 150 qr un

- 150 qr şəkər tozu

- 130 qr yağlı kəsmik

- 70 qr kərə yağı

- 2 ədəd yumurta

- 1/2 ç.q. qabartma tozu

- 1 limonun sedrası

- 1 ovuc kişmiş

- şəkər kirşanı

Hazırlanması:

1. Yumşaq kərə yağı şəkər tozu ilə çalınır. Ələkdən sıxılmış kəsmik, yumurta, limon sedrası, kişmiş əlavə olunur, mikserlə yaxşı  çalınır.

2. Un qabartma tozu ilə birlikdə ələnir, kütləyə əlavə olunur, yaxşı qarışdırılır. Qatı elastik xəmir alınmalıdır.

3. Xəmiri keks üçün olan kiçik formalara qoyun və qabaqcadan 180 C qədər qızdırılmış sobda 35-40 dəqiqə bişirin.  

4. Hazır keksləri formadan çıxardın, soyudun, üzərinə şəkər kirşanı səpin.

Nuş olsun!

Evdarliq.Az