QRAF XARABALIQLARI tortu

Bu tortun müxtəlif reseptləri var. Sizə tortun bir variantını təqdim edirik. Zövqə görə digər kremdən də istifadə edə bilərsiniz.

İnqrediyentlər:

Biskvit üçün:

- 4 ədəd yumurta

- 1 stəkan şəkər tozu

- 1 stəkan un

- 1 paket vanilli şəkər tozu

- 1 ç.q. qabartma tozu

Krem üçün:

- 1 stəkan süd

- 1 ədəd yumurta

- 1 x.q. un

- 1/2 stəkan şəkər tozu

- vanil

Beze üçün:

- 4 yumurta ağı

- 1 stəkan şəkər tozu

- vanil

Qlazur üçün

- 100 qr şokolad

- 2 x.q. süd

- 1 x.q. kərə yağı

Hazırlanması:

1. Biskvit hazırlayırıq. Yumurtanı şəkər tozu və vanilli şəkər tozu ilə birlikdə yaxşı çalırıq. Üzərinə unla qabartma tozunu ələyirik, aşağıdan yuxarıya doğru çox ehtiyatla qarışdırırıq.

2. Formanın dibinə yağ çəkirik (formanın divarlarına yağ çəkmək lazım deyil), xəmiri tökürük, ehtiyatla hamarlayırıq.

3. Sobanı qabaqcadan 180 C qədər qızdırırıq. Biskviti hazır olana qədər bişiririk. İlk 20 dəqiqə ərzində sobanın qapısını açmaq olmaz!

4. Biskviti tam soyuduruq və 2 hissəyə bölürük. 1 hissəni saxlayırıq, digərini kiçik tikələrə doğrayırıq.

5. Krem hazırlayırıq. Süd, yumurta, un, şəkər tozu qazana qoyulur, qatılaşana qədər qarışdıra-qarışdıra vam odda bişirilir. Kütlə soyuyanda kərə yağı və vanilin əlavə edin, mikserlə yaxşı çalın.

6. Beze hazırlayırıq. Yumurta ağını şəkər və vanilli şəkər tozu ilə yaxşı çalırıq. Tavaya kağız səririk, üzərinə qənnadı torbanın köməyi ilə beze qoyuruq. Sobanı qabaqcadan 100 C qədər qızdırırıq və bezeni 1 saat ərzində bişiririk. Sonra yenə 1 saat ərzində söndürülmüş sobada saxlayırıq.

7. Korja krem çəkirik. Bezeləri və 2-ci korjun tikələrini kremə batırıq və təpcik formasında yığırıq.

8. Qlazur bişiririk. Şokoladı su hamamında əridirik, süd və kərə yağı əlavə edirik, yaxşı qarışdırırıq. Qlazuru tortun üzərinə tökürük.

9. Masaya verdikdən əvvəl tortu 4 saat soyuducuda saxlayın.

Nuş olsun!

Evdarliq.Az



 

 

.