Çox dadlı, yumşaq və yüngül tortdur.
İnqrediyentlər:
- 4 ədəd yumurta
- 120 qr un
- 120 qr şəkər tozu (xəmir üçün) + 100 qr (krem üçün)
- 1 paket vanilli şəkər tozu
- 1 ç.q. qabartma tozu
- 1,5 x.q. kakao-toz
- 2 dənə iri banan
- 400 qr xama
- 100 qr şokolad
Hazırlanması:
1. Yumurtanı şəkər tozu və vanilli şəkər tozu ilə birlikdə mikserlə yaxşı çalırıq (kütlə xeyli artmalı və ağarmalıdır).
2. Unu qabartma tozu və kakao-tozla birlikdə yumurtanın üzərinə ələyirik, ehtiyatla aşağıdan yuxarıya doğru qarışdırırıq. Xəmir qatı xama kimi alınır.
3. Tavaya xüsusi kağız qoyuruq, xəmiri tökürük.
4. Sobanı qabaqcadan 180 C qədər qızdırırıq, biskviti 20-25 dəqiqə ərzində bişiririk. Hazır olub-olmadığını diş çöpü ilə yoxlayırıq - xəmir diş çöpünə yapışmırsa, biskvit hazırdır.
5. Hazır biskviti 8 saat ərzində saxlayırıq.
6. Krem hazırlayırıq. Xamanı şəkər tozu ilə birlikdə mikserlə yaxşı çalırıq.
7. Biskviti 3 hissəyə bölürük.
8. Korjların aralarına krem çəkirik, üzərinə nazik halqalara doğranmış banan düzürük. Sonuncü korjun üzərinə krem şəkirik və sürtgəcdən keşirilmiş şokolad səpirik.
9. Masaya verdikdən əvvəl tortu 2-3 saat soyuducuda saxlayın.
Nuş olsun!
Evdarliq.Az