Şirniyyat

Novruz süfrəsi üçün şəkərbura

Tərkibi: 

Xəmir: 
- 2 kq un 
- 1 ç.q. şəkər tozu
- 1 l süd
- 4 yumurtanın sarısı
- 70-100 q xama
- 400 q kərə yağı
- 2 ç.q. maya (1 kq-a 1 ç.q.)
- 2 paçka vanil 
- 1 çimdik duz

İç: 
- 1 kq təmizlənib qozçəkəndən keçirilmiş badam (qoz, fındıq)
- 1 kq şəkər tozu
- vanil
- hil

Öncə badamı təmizləmək lazımdır. Qaynar suya badamları hissə-hissə töküb ocağın üstə qoyun, 3-4 dəqiqəyə qabığı asanlıqla çıxacaq, kəfkirlə çıxarıb təmizləyin. Sonra təmiz dəsmalın üstünə yığın, suyu çəkilsin. Yaxşı olar ki, badam (qoz, fındıq) bir neçə gün əvvəl təmizlənib qurudulsun. Sobada da qurutmaq olar.

Badamı qozçəkən maşından keçirib şəkər tozu, vanil, hil vurun, qarışdırın. 

Xəmir: unu ələyin, vanil və duz əlavə edin. Təxminən 1-1,5 st. südü xəmiri ətləmək üçün saxlayın. Qalanını azca isidin, içinə maya və şəkər tozu əlavə edin. 

Unu təpələyib ortasında çala açın, 4 yumurtanın sarısını içinə qırın, azca əridilmiş yağı, xamanı, südlə mayanın qarışığını da əlavə edib yoğurmağa başlayın. Şəkərbura xəmiri azca bərk olmalıdır, uzun müddət yoğurmaq lazım gələcək. Arada əlinizi ayırdığınız südə batırıb xəmiri ətləyin.   

Xəmiri yarım saat saxlayın. 

3-3,5 sm diametrli kündələr tutun (25-30 ədəd), sellofan torbaya yanaşı yığın. Kündələməyi bitirdikdən sonra bunları yayıb üst-üstə, yenə də sellofan torbanın içinə yığın. Xəmir artıq qalıbsa, soyuducuya qoyun. 

Hər şəkərbura üçün bir x.q. iç kifayət edər. Şəkərburaların qırağını büküb üstünü naxışlayandan sonra soyuq siniyə düzün. Üzərini nazik təmiz iynə ilə bir neçə yerdən deşə bilərsiniz, o zaman şəkərburaların kənarları açılmır. 

160-180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. Diqqət edin ki, üstü qızarmasın. Həm də çiy qalmasın. 

Nuş olsun! 

Milli.Az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Qaraciyəri təbii şəkildə təmizləyən içkilər

Qaraciyəri təbii şəkildə təmizləyən içkilər

Sağlamlıq Hits:7155

Orqanizmdəki ən mühüm orqanlardan biri sayılan...

Kivinin faydaları haqqında

Kivinin faydaları haqqında

Ərzaqlar Hits:3154

Kivi çox “cavan” giləmeyvədir. Bizə Yeni...

Ağlamaq istəyəndə, ağlayın. Sağlamlıq üçün faydalıdır

Ağlamaq istəyəndə, ağlayın. Sağlamlıq üçün…

Münasibətlər Hits:4860

Bildiyimiz kimi, gülmənin insan sağlamlığına təsiri...

Kəsmikli-limonlu peçenye

Kəsmikli-limonlu peçenye

Şirniyyat Hits:3013

Bu peçenye çox asan və tez...

Ləzzətli ACİKA resepti

Ləzzətli ACİKA resepti

Qışa tədarük Hits:37831

Acikanın reseptləri çoxdur. Sizə bu reseptlərdən...

Pomidor və soğanla balıq

Pomidor və soğanla balıq

İsti yeməklər Hits:759

Tərkib: - 1 kq balıq (kütüm, treska...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:469

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:488

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:389

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:713

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:600

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:493

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:918

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1111

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az