Şirniyyat

PRAQA tortu. Ənənəvi dad

"Praqa" tortu ən məşhur və dadlı tortlardan biridir.

İnqrediyentlər:

Korjlar:

- 6 yumurta

- 150 qr şəkər tozu

- 110 qr un

- 30 qr kakao

- 30 qr kərə yağı

Krem:

- 200 qr kərə yağı

- 120 qr qatılaşdırılmış süd ("squşonka")

- 10 qr kakao

- 1 yumurta sarısı

- 1 paket vanilli şəkər

Qlazur:

- 70 qr şokolad

- 50 qr kərə yağı

- 50 qr ərik cemi (qlazurun altına çəkilir).  

Hazırlanması:

1. Yumurta ağı mikserlə yaxşı çalınır, hissə-hissə şəkər tozunun yarısı əlavə olunur (çalmağı dayandırmayın).

2. Digər qabda yumurta sarısı çalınır, hissə-hissə şəkər tozunun yarısı əlavə olunur. Kütlə ağarmalıdır.

3. Yumurta sarısına ehtiyatla ağını əlavə edin, aşağıdan yuxarıya doğru qarışdırın.  

4. Un və kakao birlikdə ələnir, hissə-hissə yumurtaya əlavə olunur, çox ehtiyatla qarışdırılır.  

5. Kərə yağını əridin və soyudun, xəmirə ehtiyatla əlavə edin, aşağıdan yuxarıya doğru ehtiyatla qarışdırın.

6. Formanın dibinə (divarlara yox!) kərə yağı çəkilir, xəmir qoyulur. Sobanı qabaqcadan 200 C qədər qızdırın və biskviti isti sobada təxminən 30 dəqiqə ərzində bişirin.

7. Biskviti soyudun, təxminən 8 saat ərzində saxlayın. Bu halda biskvit formasını daha yaxşı saxlayır.

9. Krem hazırlayırıq. Divarları qalın olan qazana yumurtanın sarısını qoyuruq, 1 xörək qaşığı su əlavə edirik, yaxşı qarışdırırıq.

10. Qatılaşdırılmış süd, vanilli şəkər tozu əlavə edirik, qarışdırırıq, odun üzərinə qoyuruq, vam odda qarışdıra-qarışdıra qatılaşana qədər bişiririk.

11. Kərə yağını mikserlə ağarana qədər yaxşı çalırıq, hissə-hissə kremə əlavə edirik (çalmağı dayandırmayın).

12. Kakao əlavə edirik, yenə də yaxşı çalırıq.

13. Biskvit quru çıxıbsa və ya siz çox yumşaq biskvitləri xoşlayırsınızsa, şirə hazırlayın. 70 qr qr şəkər tozunu üzərinə 100 qr qaynar su tökün, qarışdırın və tam soyudun.

14. Ərik cemini sürtgəcdən sıxın ki, həmcins kütlə alınsın.

15. Biskviti 3 hissəyə bölün, üzərinə şirə çəkin, kremin yarısını çəkin, hamarlayın.

16. Üzərinə 2-ci korju qoyun, şirə çəkin, kremin qalan hissəsini çəkin, hamarlayın.

17. Üzərinə sonuncu korj qoyun, şirə çəkin, üzərinə və böyürlərinə cem çəkin. Soyuducuda 30 dəqiqə saxlayın ki, cem donsun.

18. Qlazur hazırlayırıq. Şokoladı tikələrə doğrayın, kərə yağı əlavə edin və su hamamında əridin. Qlazuru bir qədər soyudun və tortun üzərinə və böyürlərinə çəkin.  

19. Hazır tortu zövqünüzə uyğun bəzəyə bilərsiniz.

20. Masaya verdikdən əvvəl tortu bir neçə saat soyuducuda saxlayın.

Nuş olsun!

Evdarliq.Az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика