Uşaqlar üçün şəkərli peçenye

Uşaqları sevindirmək üçün bu dadlı, ətirli və asan peçenyeni hazırlayın.

İnqrediyentlər

- 200 qr kərə yağı

- 2 stəkan un

- 1/2 stəkan şəkər tozu

- 1 paket vanilli şəkər tozu

- 1/2 ç.q. soda

Hazırlanması:

1. Sürtgəcin iri gözündən kərə yağını keçirin.

2. Un, şəkər tozu və vanilli şəkər tozunu əlavə edin.

3. Sodanın üzərinə limon şirəsini sıxın, qarışdırın, xəmirə əlavə edin, yaxşı qarışdırın, xəmir yoğurun.

4. Xəmiri plyonkaya bükün və 30 dəqiqə soyuducuda saxlayın.

5. Xəmiri yayın, formalarla peçenyeləri kəsin.

6. Tavaya bir qədər kərə yağı çəkin və peçenyeləri düzün. Peçenyelərin üzərinə az miqdarda şəkər tozunu səpin.   

7. Sobanı qabaqcadan 180 C qədər qızdırın və peçenyeləri təxminən 15-20 dəqiqə bişirin.

Nuş olsun!

Evdarliq.az