Bakı qurabiyəsi. Klassik resept

Bu qurabiyənin klassik reseptidir. Sovet dövründə dükanlarda satılan bu dadlı ağızda əriyən şirniyyat məhz bu reseptin əsasında bişirilirdi.

İnqrediyentlərin miqdarını 2-3 və s. dəfə artırmaq da olar.

İnqrediyentlər

- 160 qr un

- 100 qr kərə yağı

- 40 qr şəkər kirşanı

- 1 yumurta ağı

- 1 paket vanilli şəkər tozu

- 1-2 xörək qaşığı cem

- 0,5 ç.q. nişasta

Hazırlanması:

1. Şəkər kirşanı yumşaq kərə yağı ilə mikserlə çalınır.

2. Vanilli şəkər tozu, yumurta ağı, ələnmiş un əlavə olunur, yaxşı qarışdırılır. Yumşaq həmcins xəmir alınmalıdır.

3. Xəmiri qənnadı kisəyə və ya xüsusi şirniyyatlar üçün olan şprisə qoyun və kağız sərilmiş tavaya kiçik peçenyeləri düzün.

4. Cemlə nişastanı qarışdırın.

5. Hər peçenyenin ortasın içlik qoyun.

6. Sobanı 220 C qədər qızdırın, peçenyeni təxminən 12 dəqiqə ərzində bişirin. Peçenye bir qədər qızarmalıdır.

Nuş olsun!

Evdarliq.Az


Загрузка...
. .