ZƏRİFLİK tortu

Ağızda əriyən, çox dadlı və zərif tortdur.

Lazım olan məhsullar:

- 2 stəkan un

- 2 ədəd yumurta

- 1 stəkan şəkər tozu

- 1/2 stəkan xama

- 0,5 ç.q. soda

- 1/2 stəkan qoz

Krem üçün:

- 1 banka qatılaşdırılmış süd ("squşonka")

- 200 qr kərə yağı

- 3 ç.q.

- 1 paket vanilli şəkər tozu

- 1/2 stəkan qoz

Hazırlanması:

1. Yumurta şəkər tozu ilə birlikdə yaxşı çalınır.

2. Xama, soda, 1/2 stəkan blenderdən keçirilmiş qoz, ələnmiş un əlavə olunur, yaxşı qarışdırılır, xəmir yoğrulur.

3. Formaya kərə yağını çəkin, xəmir qoyun.

4. Sobanı qabaqcadan 180 C qədər qızdırın. Korju 30-35 dəqiqə bişirin.

5. Korju tam soyudun, 2 hissəyə bölün. Aşağı hissə daha nazik (təxminən 1 sm qalınlığında) olmalıdır.

6. Aşağı hissəni saxlayın, yuxarı hissəni isə ovun. (Alınmış ovuntu sonra kremə əlavə olunacaq.)

7. Krem hazırlayırıq. Yumşaq kərə yağını ağarana qədər mikserlə çalın, hissə-hissə qatılaşdırılmış süd əlavə edin, yaxşı çalın.

8. 1/2 stəkan qozu bıçaqla xırdalayın, kremə əlavə edin, qarışdırın.   

9. Korjun üzərinə nazik layla krem çəkin.

10. Kremə ovuntu əlavə edin, yaxşı qarışdırın.

11. Alınmış kütləni korjun üzərinə qoyun, hamarlayın. Tortu soyuducuda 2 saat saxlayın. Tortun üzərini sürtgəcdən keçirilmiş şokoladla, doğranmış qozla   bəzəmək olar.

Nuş olsun!

Evdarliq.Az



 

 

.