Çox dadlı və ətirli peçenye alınır, uzun müddət təzə qalır, qurumur.
İnqrediyentlər:
- 3,5 stəkan un
- 1 stəkan şəkər tozu
- 150 qr kərə yağı
- 2 x.q. bal
- 250 qr xama
- 1 ç.q. soda
Hazırlanması:
1. Kərə yağı əridilir, isti kərə yağına bal əlavə olunur, yaxşı qarışdırılır, bir qədər soyudulur.
2. Xama, şəkər tozu, soda əlavə olunur, qaşıqla qarışdırılır.
3. Ələnmiş un hissə-hissə əlavə olunur, hər dəfə yaxşı qarışdırılır, xəmir yoğrulur. Yumşaq elastik xəmir alınmalıdır.
4. Sobanı qabaqcadan 200 C qədər qızdırırıq.
5. Tavaya xüsusi kağız səririk. Xəmirdən kiçik tikələri götürüb kürəçiklər düzəldirik və tavaya düzürük. Peçenyelərin aralarında məsafə saxlayın.
6. Peçenyeni təxminən 10 dəqiqə ərzində bişirin.
Nuş olsun!
Evdarliq.Az