Tort çox tez hazırlanır. İstənilən krem istifadə edə bilərsiniz.
İnqrediyentlər:
Xəmir üçün:
- 1 banka qatılaşdırılmış süd ("squşonka")
- 1 yumurta
- 1 çay qaşığı soda + 1 desert qaşığı sirkə
- 450 qr un
Krem üçün:
- 2 ədəd yumurta
- 1 stəkan şəkər tozu
- 2 x.q. un
- 500 ml süd
- 1 paket vanilli şəkər tozu
- 1 stəkan qoz (korjların arasına və tortun üzərinə tökmək üçün)
Hazırlanması:
1. Korjlar çox tez hazıranır. Bu səbəbdən əvvəl krem hazırlayırıq. Divarları qalın olan qazana süd tökürük, 2 yumurta, 2 xörək qaşığı un, 1 stəkan şəkər tozu, 1 paket vanilli şəkər tozu əlavə edirik, yaxşı çalırıq. Vam odda qarışdıra-qarışdıra qatılaşana qədər bişiririk.
2. İsti kremə kərə yağı əlavə edirik, yaxşı qarışdırırıq. Qapaqla örtürük ki, krem soyumasın.
3. Xəmir hazırlayırıq. Qatılaşdırılmış süd yumurta ilə qarışdırılır.
4. Sodanın üzərinə sirkə tökün, qarışdırın, xəmirə əlavə edin.
5. Unu ələyin, hissə-hissə xəmirə əlavə edin, hər dəfə qarışdırın. Yumşaq və elastik xəmir alınmalıdır.
6. Xəmiri 8 hissəyə bölürük, hər hissəni dairə şəklində yayırıq, çəngəllə bir neçə yerdən deşirik.
7. Tavanı yaxşı qızdırırıq, korjları bir-bir tavaya qoyuruq və orta odda hər iki tərəfdən qızardırıq. Korjlar çox tez bişir (təxminən 1 dəqiqə).
8. Hazır korjların üzərinə boşqab qoyub dairə formasında kəsirik. Artıq qalmış hissələri ovuruq və sonra tortun üzərinə səpirik.
9. Korjların arasına, tortun üzərinə və yan tərəflərinə krem çəkirik. Korjların arasına xırdalanmış qoz səpirik.
10. Tortun üzərini xırdalanmış qozla, sürtgəcdən keçirilmiş şokoladla bəzəmək olar.
Nuş olsun!
Evdarlıq.Az