Adi lavaşdan çox dadlı alman şirniyyatı olan ştrudel hazırlamaq olar.
İnqrediyentlər:
- 1 ədəd iri lavaş (təzə, nazik və yumşaq olmalıdır)
- 2 ədəd alma
- 3 xörək qaşığı şəkər tozu
- 1/2 stəkan kişmiş
- 1/2 stəkan qoz
- 70 qr kərə yağı
- 1 ədəd yumurta
- 1/2 ç.q. darçın
- şəkər kirşanı
Hazırlanması:
1. Almanı xırda-xırda doğrayın, şəkər tozunu (2 qaşıq) əlavə edin, qarışdırın və tavada yağda qızıl rəng alana qədər qızardın, sonra vam odda 5-10 dəqiqə ərzində bişirin. Darçın əlavə edin, yaxşı qarışdırın.
2. Yumurtanı 1 xörək qaşığı şəkər tozu ilə çalın.
3. Kərə yağının böyük hissəsini sürtgəcdən keçirin.
4. Kişmişi yuyun, üzərinə qaynar su tökün və 20 dəqiqə saxlayın.
5. Qozun bir hissəsini blenderdə xırdalayın, bir hissəsini xırda-xırda doğrayın.
6. Lavaşı açın, üzərinə şəkər tozu ilə çalınmış yumurtanı çəkin, kərə yağının qoyun.
7. Üzərinə alma qoyun, qoz və kişmiş tökün, hamarlayın.
8. Lavaşı ehtiyatla yastı rulet formasına bükün (qıraqlar da bükülməlidir). Sıxmaq olmaz.
9. Qalan kərə yağını əridin və fırça ilə ştrudelin üzərinə çəkin.
10. Sobanı qabaqcadan 180 C qədər qızdırın və ştrudeli təxminən 20 dəqiqə ərzində qızıl rəng alana qədər bişirin.
11. Hazır ştrudeli tam soyudun və üzərinə şəkər kirşanı səpin.
Nuş olsun!
Evdarliq.Az