Kremlə bananlı piroq

Ətirli və dadlı piroq alınır.

İnqrediyentlər:

- 3 ədəd banan (2 ədəd xəmir, 1 ədəd krem üçün)

- 3 ədəd yumurta

- 140 qr xama (80 qr xəmir, 60 qr krem üçün)

- 150 qr şəkər tozu (100 qr xəmir, 50 qr krem üçün)

- 100 qr kərə yağı

- 250 qr un

- 1 ç.q. qabartma tozu

- 1 paket vanilli şəkər tozu

- qoz, şokolad (piroqun üzərini bəzəmək üçün)

Hazırlanması:

1. Yumurta şəkər tozu və xama ilə yaxşı çalınır.

2. Yumşaq kərə yağı əlavə olunur, yaxşı qarışdırılır.

3. Un qabartma tozu ilə birlikdə xəmirin içərisinə ələnir.

4. Bananlar kiçik tikələrə doğranılır, xəmirə əlavə olunur, ehtiyatla qarışdırılır.

5. Formaya kərə yağı çəkin, un səpin, xəmiri qoyun, hamarlayın.

6. Sobanı qabaqcadan 200 C qədər qızdırın, piroqu 30 dəqiqə ərzində bişirin.  

7. Hazır piroqu formadan çıxardın və tam soyudun.

8. Krem hazırlayırıq. Banan, xama, şəkər tozu və vanilli şəkər tozu yaxşı çalınır.

9. Kremi piroqun üzərinə bir bərabərdə tökün və 1 saat otaq temperaturunda saxlayın.

10. Piroqun üzərini sürtgəcdən keçirilmiş şokoladla, qozla və s. bəzəmək olar.

Nuş olsun!

Evdarliq.az


Загрузка...
. .