Xamalı piroq QƏFİL QONAQLAR

Xama əsasında piroqlar çox dadlı və zərif alınır.

Lazım olan məhsullar:

- 2 ədəd yumurta

- 1 stəkan şəkər tozu

- 1 paket vanilli şəkər tozu

- 1 stəkan xama

- təxminən 1,5 stəkan un

- 1 ç.q. soda

Hazırlanması:

1. Yumurtanı şəkər tozu və vanilli şəkər tozu ilə yaxşı çalırıq.

2. Ələnmiş unu əlavə edin, qarışdırın.

3. Xamaya soda əlavə edin, yaxşı qarışdırın, xəmirə əlavə edin, yenə də yaxşı qarışdırın.

4. Xəmirə doğranmış qoz, xırda tikələrə bölünmüş şokolad əlavə etmək olar.

5. Sobanı 180 C qədər qızdırın, tavaya kərə yağı çəkin, xəmiri qoyun.

6. Piroqu təxminən 1 saat ərzində bişirin.

7. Piroq soyuyanda üzərinə şəkər kirşanı səpin.  

Nuş olsun!

Evdarliq.Az


Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

Son şərhlər  

#1 Leyla bakılı 2016-04-23 10:05
Evdarlıg kitabı isteyırem
Cavab yaz
#2 Reqsabe 2017-01-30 14:24
Cox sagolub bu sayt ucun neler ediem bu saytin hesabina Elleriniz yorulmasin siz yazin biz oyrenek
Cavab yaz

Yeməkdən dərhal sonra ÇAY içənlər mütləq baxsın! - VİDEO