Almalı peçenye. Ucuz və asan!

Çox dadlı və zərif peçenyedir.

İnqrediyentlər:

- 1/3 stəkan şəkər tozu

- 2 ədəd yumurta

- 100 qr kərə yağı

- 1 paket vanilli şəkər tozu

- 2 stəkan un

- 1/2 paket qabartma tozu

- 2 ədəd alma

- 1/2 ç.q. darçın

- şəkər kirşanı (peçenyenin üzərinə səpmək üçün)

- 1 çimdik duz

Hazırlanması:

1. Yumurtanı şəkər tozu və vanilli şəkər tozu ilə çalın.

2. Kərə yağını əridin (isti olmamalıdır) və əlavə edin, yaxşı qarışdırın.  

3. Üzərinə unu qabartma tozu ilə birlikdə ələyin, duz əlavə edin, qarışdırın.

4. Almanı soyun və xırda doğrayın, üzərinə darçın əlavə edin, qarışdırın.

5. Almanı xəmirə əlavə edin, yaxşı qarışdırın. Yumşaq xəmir alınmalıdır.

6. Sobanı qabaqcadan 180 C qədər qızdırın.

7. Tavaya kağız sərin, xəmirdən qaşıqla götürüb tavaya peçenyeləri düzün.

8. Peçenyeləri 20-25 dəqiqə ərzində qızılı rəng alana kimi bişirin.

9. Hazır peçenyeni soyudun, üzərinə şəkər kirşanı səpin.

Nuş olsun!

Evdarliq.Az


Загрузка...
. .