Bu piroq çox tez hazırlanır, zərif və dadlı alınır.
Lazım olan məhsullar:
- 200 qr un
- 100 qr kərə yağı
- 150 qr qara qavalı (çəyirdəksiz)
- 250 qr xama
- 100 qr şəkər tozu
- 1 ç.q. soda + 1 ç.q. limon şirəsi
- 1 paket vanilli şəkər tozu (10 qr)
Hazırlanması:
1. Unu ələyin, soyuq kərə yağını sürtgəcdən keçirin, unla barmaqlarla qarışdırın.
2. 5-6 qaşıq soyuq su əlavə edin, qarışdırın.
3. Sodanın üzərinə limon şirəsini sıxın, qarışdırın və xəmirə əlavə edib, yaxşı qarışdırın, xəmir yoğurun (çox yoğurmaq olmaz).
4. Xəmiri 1 sm qalınlığında yayın, formaya qoyun (burada diametri 22 sm olan forma istifadə olunur), xəmirin qıraqlarını 2-3 sm qaldırın.
5. Xəmiri çəngəllə bir neçə yerlərdə deşin, formanı soyuducuya qoyub 30 dəqiqə saxlayın.
6. Qara qavalını yaxşı yuyun, üzərinə qaynar su töküb 5 dəqiqə saxlayın, sonra suyu süzün.
7. Krem: xama, şəkər tozu, vanilli şəkər tozu və 2 xörək qaşığı un yaxşı qarışdırılır.
8. Formaya qara qavalı qoyun.
9. Üzərinə ehtiyatla krem tökün.
10. Sobanı qabaqcadan 200 C qədər qızdırın və piroqu təxminən 40 dəqiqə ərzində bişirin.
11. Hazır piroqu masaya verdikdən əvvəl tam soyudun.
Nuş olsun!
Evdarliq.az