Asan hazırlanan qozlu tort

Bu tort çox asan hazırlanır və çox dadlıdır.

Lazım olan məhsullar:

Xəmir üçün:

- 4 ədəd yumurta

- 1 stəkan şəkər tozu

- 100 qr kərə yağı

- 1 stəkan qoz

- 1 stəkan un

- 1 x.q. xama

- 1/2 ç.q. soda

Krem üçün

- 100 qr kərə yağı

- 1 banka bişmiş qatılaşdırılmış süd ("вареная сгущенка")

- vanilli şəkər tozu

Hazırlanması:

1. Yumurta sarısı şəkər tozu ilə yaxşı çalınır, ələnmiş un, xırda doğranmış qoz, yumşalmış yağ əlavə olunur, qarışdırılır.

3. Xama soda ilə qarışdırılır və xəmirə əlavə olunur, qarışdırılır.

4. Yumurta ağı  1 çimdik duzla yaxşı çalınır, ehtiyatla hissə-hissə xəmirə əlavə olunur, aşağıdan yoxarıya doğru çox ehtiyatla qarışdırılır.

5. Soba qabaqcadan 180 C qədər qızdırılır, tavaya yağ çəkilir, perqament kağızı sərilir və xəmir qoyulur.

6. Biskvit təxminən 30 dəqiqə ərzində bişirilir. Hazır olub-olmamasını yoxlamaq üçün xəmirə diş çöpünü batırın - xəmir yapışmayıbsa, biskvit hazırdır.

7. Biskviti tam soyudun.

8. Krem hazırlayırıq. 100 qr yumşaq kərə yağı qatılaşdırılmış südlə yaxşı çalınır, vanilli şəkər tozu əlavə olunur, qarışdırılır.

9. Biskvit tam soyuyanda 2 hissəyə kəsin və korjların aralarına, tortun üzərinə və yan tərəflərinə krem çəkin.

10. Tortu doğranmış qozla, sürtgəcdən keçirilmiş şokoladla bəzəmək olar.

Nuş olsun!

Evdarliq.Az



 

 

.