Asan və dadlı kəsmikli şirniyyat

Çox dadlı və çox tez hazırlanan şirniyyatdır.

Lazım olan məhsullar:

- 200 qr un

- 70 qr şəkər tozu

- 50 qr kərə yağı

- 50 qr xama

- 1 yumurta

- 1/3 çay qaşığı qabartma tozu

- 1 çimdik duz

İçlik:

- 250 qr kəsmik

- 100 qr şəkər tozu

- 30 qr xama

- 30 qr un

- 1 ç.q. vanilli şəkər

- 1 yumurta sarısı

Hazırlanması:

1. Yumşaq kərə yağını şəkərlə yaxşı çalın.

2. Yumurta, xama, duz əlavə edin, yaxşı qarışdırın.

3. Unu qabartma tozu ilə birlikdə ələyin, xəmirə ələvə edin, yaxşı qarışdırın, xəmiri yoğurun (çox yoğurmaq olmaz).

4. İçlik hazırlayırıq. Kəsmiyi süzgəcədən sıxın, şəkər tozu, vanilli şəkər, un, xama, yumurta sarısı əlavə edin, yaxşı qarışdırın.    

5. Xəmiri 5 mm qalınlığında yayın, fincanın köməyi ilə 9-10 sm diametrində dairələr kəsin.

6. Dairəni barmaqlarınızla bir qədər əzin, dairənin yarısına içlik qoyun, bir qədər hamarlayın.

7. Dairənin boş hissəsini içliyin üzərinə qatlayın (içlik görünməlidir).

8. Tavaya kağız sərin, üzərinə şirniyyatı qoyun, yumurta sarısını çəkin.

9. Sobanı qabaqcadan 200 C qədər qızdırın və şirniyyatı 20-25 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Evdarliq.Az