Ağızda əriyən qozlu-şokoladlı BLONDİ piroqu

Çox zərif və dadlı piroqdur. Tez və asan hazırlanır.

Lazım olan məhsullar:

- 200 qr un

- 200 qr şəkər tozu

- 150 qr kərə yağı

- 2 yumurta

- 4 x.q. süd

- 2 ç.q. vanilli şəkər tozu

- 1 dolu ç.q. qabartma tozu

- 1/2 ç.q. duz

- 120 qr qoz (keşyu və ya badam)

- 60 qr ağ və 60 qr qara şokolad

Hazırlanması:

1. Qozu, şokoladı doğrayın.

2. Yağı əridin və soyudun.

3. Şəkər və vanilli şəkər, duz əlavə edin, bir qədər qarışdırın.

4. Bir-bir yumurta əlavə edin, hər dəfə çalın.

5. Süd əlavə edin, çalın.

6. Unu qabartma tozu ilə birlikdə ələyin və hissə-hissə xəmirə əlavə edin, qarışdırın.

7. Xəmirə doğranmış şokolad və qoz əlavə edin, yaxşı qarışdırın.

8. Formanın (burada 25x25 sm forma istifadə olunur) dibinə yağ çəkin, perqament kağızı sərin.

9. Formaya xəmir qoyun, hamarlayın.

10. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu 20-25 dəqiqə ərzində bişirin. Piroq yumşaq və zərif alınmalıdır.  Sobada çox saxlamayın, əks halda piroq quru olacaq.

Nuş olsun!

Evdarliq.Az


Загрузка...
. .