Şirniyyat

BAUNTİ tortu. Qeyri-adi dad

Kokos yonqarı ilə çox dadlı tort.

Lazım olan məhsullar:

Xəmir üçün:

- 80 qr un

- 20 qr kakao

- 3 yumurta

- 120 qr şəkər tozu

- 1/2 ç.q. qabartma tozu

- 10 x.q. qaymaq.

İçlik üçün:

- 150 qr kokos yonqarı

- 100 qr şəkər tozu

- 100 qr kərə yağı

- 200 ml süd

Qlazur üçün:

- 4 x.q. şəkər tozu

- 4 x.q. kakao

- 50 qr kərə yağı

- 100 ml süd

Hazırlanması:

1. Yumurta şəkər tozu ilə yaxşı çalınır (5-7 dəqiqə).

2. Un, kakao, qabartma tozu qarışdırılır və birlikdə ələnir. Qarışığı hissə-hissə yumurtaya əlavə edin, ehtiyatla aşağıdan yuxarıya doğru qarışdırın.

3. Formanın dibinə yağ çəkin (burada 20 sm diametrində olan forma istifadə olunur). Xəmiri formaya qoyun, ehtiyatla hamarlayın.

4. Sobanı qabaqcadan 200 C qədər qızdırın. Biskviti 20-25 dəqiqə ərzində bişirin.

5. Hazır biskviti 2 saatdan az olmayaraq soyudun.

6. İçlik hazırlayırıq. Qazana süd, yağ, şəkər tozu tökün, qızdırın ki, yağ ərisin.

7. Kokos yonqarı əlavə edin, yaxşı qarışdırın, orta odd 10-15 dəqiqə ərzində qarışdıra-qarışdıra bişirin. Kütlə qatı alınmalıdır.

8. İçliyi soyudun.

9. Biskviti 2 hissəyə bölün

10. Aşağıdakı hissəni boşqaba qoyun, üzərinə təxminən 5 x.q. qaymaq  hopdurun.

11. İçlik qoyun, hamarlayın.

12. İkinci hissəyə də qaymaq hopdurun, içliyin üzərinə qoyun, ehtiyatla sıxın.

13. Qlazur hazırlayırıq. Qlazur üçün olan bütün inqrediyentləri qazana qoyun, qarışdıra-qarışdıra qızdırın (qatı alınmalıdır).

14. Qlazuru ilıq halda tortun üzərinə və yan tərəflərinə çəkin.

15. Hazır tortu süfrəyə verdikdən əvvəl soyuducuya qoyun və ən azı 3-4 saat saxlayın.

Nuş olsun!

Evdarliq.Az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика