Küncütlü peçenyenin hazırlanma qaydasını təqdim edirik.
Tərkibi:
- 70 q un
- 60 q kərə yağı
- 120 q şəkər tozu
- 1 yumurta
- 1 paket vanilli şəkər tozu
- 1 ç.q. təzə sıxılmış limon şirəsi
- 160 q küncüt
- 0,5 ç.q. qabartma tozu
- 0,5 ç.q. duz
Hazırlanması:
1. Un, qabartma tozu və duzu qarışdırın.
2. Yumşalmış yağı şəkər tozu ilə çalın, yumurta, vanil və limon şirəsi əlavə edib mikserlə 20-30 saniyə çalın.
3. Sonra mikserin sürətini azaldın, çalmağı dayandırmadan unu az-az əlavə edin.
4. Küncütü əlavə edib qaşıqla qarışdırın (küncütü əvvəlcədən qovura da bilərsiniz).
5. Sobanı 180 dərəcə qızdırın. Siniyə perqament döşəyin. Çay qaşığı ilə xəmirdən götürüb bir-birindən 3-4 sm aralı olmaqla perqamentin üzərinə düzün.
8-15 dəqiqə bişirin. Diqqətli olun ki, yanmasınlar.
6. Qaynar olanda bu peçenyelər yumşaq və yapışqan, soyuyanda isə quru və xırtıldayan olur.
Nuş olsun!
Milli.az