Çox zərif və dadlı tort. Dadı həqiqətən "rafaello" konfetlərini xatırladır.
Lazım olan məhsullar:
Biskvit üçün:
- 5 yumurta
- 150 qr şəkər tozu
- 100 qr un
- 30 qr nişasta
- 30 qr kərə yağı
- 2 ç.q. vanilli şəkər
- 1 ç.q. qabartma tozu
Şirə üçün:
- 100 ml su + 30 q şəkər tozu
Krem üçün:
- 350 qr qaymaq
- 150 qr kəsmik
- 150 qr ağ şokolad
- 100 qr kokos yonqarı
- 50 qr şəkər kirşanı
Hazırlanması:
1. Yumurta ağlarını 10-15 dəqiqə ərzində yaxşı çalın, şəkərin yarısını hissə-hissə tökün.
2. Yumurta sarısını ağarana qədər çalın, hissə-hissə şəkərin yarısını və vanilli şəkəri tökün.
3. Yumurta ağına sarısını əlavə edin, aşağıdan yuxarıya doğru ehyiyatla qarışdırın.
4. Un, nişasta və qabartma tozunu birlikdə ələyin. Qarışığı ehtiyatla hissə-hissə yumurtaya əlavə edin, hər dəfə aşağıdan yuxarıya doğru ehtiyatla qarışdırın.
5. Kərə yağını əridin, soyudun, hissə-hissə xəmirə əlavə edin, ehtiyatla qarışdırın.
6. Formanın dibinə kərə yağını çəkin, xüsusi kağız sərin. Formaya ehtiyatla xəmiri qoyun, hamarlayın.
7. Sobanı 180 C qədər qızdırın, biskviti 20-30 dəqiqə ərzində bişirin.
8. Hazır biskviti formada soyudun, sonra çıxardın və 6-8 saat ərzində saxlayın.
9. Krem hazırlayırıq. Şokoladı tikələrə doğrayın, su hamamında əridin, tam soyudun.
10. Qaymağı yaxşı çalın, hissə-hissə şəkər kirşanı əlavə edin.
11. Kəsmiyi süzgəcdən sıxın, şokolada əlavə edin, yaxşı qarışdırın, qaymaq əlavə edin, yaxşı qarışdırın.
12. Kremə kokos əlavə edin, yaxşı qarışdırın.
13. Şirə hazırlamaq üçün şəkər tozunu qaynar suda əridin və tam soyudun.
14. Biskviti 2 hissəyə bölün (3 hissəyə də bölmək olar), şirənin yarısını fırça ilə çəkin, üzərinə kremin yarısını çəkin.
15. Üzərinə biskvitin 2-ci hissəsini qoyun, şirəni çəkin, üzərinə və böyür hissələrinə krem çəkin.
16. Tortu zövqünüzə görə bəzəyə bilərsiniz.
17. Süfrəyə verdikdən əvvəl hazır tortu 4-6 saat soyuducuda saxlayın.
Nuş olsun!
Evdarliq.Az