Şirniyyat

Valentinka peçenyesi

Sevgililər günü münasibəti ilə bu gözəl və dadlı şirniyyatı bişirə bilərsiniz.  

Lazım olan məhsullar:

- 250 qr un

- 150 qr kərə yağı

- 100 qr şəkər kirşanı

- 2 yumurta sarısı

- 1 limonun sedrası

- cem və ya qatı mürəbbə (albalı, ərik, çiyələk və s.)

- vanilin

- duz.

Hazırlanması:

1. Yumşaq kərə yağını şəkər kirşanı ilə yaxşı çalın (yağ ağarmalıdır).

2. Limon sedrasını, yumurta sarısını, vanilin, duz əlavə edin, yaxşı qarışdırın.

3. Unu ələyin, hissə-hissə əlavə edin, hər dəfə qaşıqla yaxşı qarışdırın.

4. Xəmiri bir az yoğurun, 30-60 dəqiqə soyuducuda saxlayın.

5. Xəmiri 5 mm qalınlığında yayın, formaların köməyi ilə ürəklər kəsin.   

6. "Ürəklər"in yarısında daha kiçik forma ilə bir dənə də ürək kəsin (şəkildə göstərilib).

7. Peçenye formasını yaxşı saxlasın deyə, bişirdikdən əvvəl onları 20 dəqiqə ərzində soyuducuda saxlayın.  

8. "Ürək"ləri xüsusi kağız sərilmiş tavaya düzün və qabaqcadan qızdırılmış sobada 5-15 dəqiqə ərzində bişirin. Xəmirin qıraqları qızılı rəng almağa başlayanda, peçenye hazırdır.   

9. Peşenyeni soyudun.  

10. Mürəbbəni və ya cemi blenderlə yaxşı əzin ki, həmcins kütlə alınsın. Cem çox durudursa, bir qədər nişasta əlavə edin. Cemi bütöv ürəklərin üzərinə çəkin, üzərinə peçenyenin 2-ci hissəsini qoyun (ona əvvəlcədən şəkər kirşanı səpin).

Nuş olsun!

Evdarliq.Az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика