Çox dadlı və qeyri-adi peçenyedir.
Lazım olan məhsullar:
- 250 qr un
- 150 qr kərə yağı
- 100 qr şəkər tozu
- 4 yumurta sarısı
- vanilin
- 2 xörək qaşığı kakao
- 2 xörək qaşığı şəkər kirşanı
Hazırlanması:
1. Yumyrtanı bişirin, soyudun, üzərinə soyuq su tökün, sonra soyun, yumurta sarısını ayırın.
2. Yumşaq kərə yağını şəkər tozu və yumurta sarısı ilə mikserlə yaxşı çalın, vanilin əlavə edin.
3. Unu ələyin, əlavə edin, xəmir yoğurun.
4. Xəmirdən kiçik tikələri kəsin və trüfel formasını verin (şəkildə göstəridiyi kimi).
5. Trüfelləri 10 dəqiqə ərzində buzxanada saxlayın.
6. Sobanı qabaqcadan 180 C qədər qızdırın. Peçenyeləri xüsusi kağız sərilmiş tavaya qoyun və 25-30 dəqiqə ərzində bişirin.
7. Hazır peçenyeni soyudun və kakao ilə şəkər kirşanı qarışığına batırın.
Nuş olsun!
Evdarliq.Az