Çərəz pastası - dadlı və faydalı səhər yeməyi

Uşaqların səhər yeməyi bir çox hallarda ciddi problemə çevrilir.

Lakin bu dadlı qoz-fındıq pastası uşaqların xoşuna gələcək. Bu pasta ilə uşaqlara buterbrodlar hazırlayın - həm dadlı, həm faydalı, həm doyumlu.

İstənilən qoz-fındıq (qoz, badam, araxis, keşyu, fındıq) götürüb blenderdə yaxşı əzin. Hər yarım dəqiqədən bir blenderi söndürün və pastanı qaşıqla qarışdırın. Nəticədə kərə yağı konsistensiyasında pasta alınmalıdır.

Sonra bir qədər vanil, darçın, bal (bal olmadıqda - şəkər tozu) və az miqdarda bitki yağı (zeytun, qarğıdalı, kətan yağı) əlavə edin və yenə də yaxşı qarışdırın. Zövqə görə bu pastaya digər inqredientlər də əlavə etmək olar - şokolad, kokos, üzüm, ərik qurusu, qara qavalı qurusu və s. Hazır pastanı soyuducuda saxlayın.

Nuş olsun!

Evdarliq.Az


.
.
Загрузка...