Portağallı kremlə çox dadlı rulet

Çox dadlı və gözəl ruletdir.

Lazım olan məhsullar:

Xəmir üçün:

- 4 yumurta

- 120 qr şəkər tozu

- 100 qr un

- 20 q kakao

- 1 paket vanilli şəkər

- 1/3 ç.q. qabartma tozu

Şirə üçün:

- 50 qr şəkər tozu + 50 qr su

Krem üçün:

- 2 portağal + 1 limon

- 180 qr şəkər tozu

- 150 qr kərə yağı

- 2 dənə yumurta

- 30 qr nişasta

Qanaş üçün:

- 150 qr şokolad

- 50 qr kərə yağı

Hazırlanması:

1. Yumurtanı yaxşı çalın, hissə-hissə şəkər tozu tökün və yenə də yaxşı çalın, vanilli şəkər tökün. Kütlə xeyli çoxalmalıdır.

2. Unu ələyin, qabartma tozu və kakao əlavə edin, qarışdırın.

3. Qarışığı yumurtalı kütləyə hissə-hissə əlavə edin, aşağıdan yuxarıya doğru ehtiyatla qarışdırın.

4. Tavaya xüsusi kağız sərin, xəmiri tökün, ehtiyatla hamarlayın.

5. Sobanı 200 c qədər qızdırın, biskviti 15-30 dəqiqə ərzində bişirin.

6. Biskviti bir neçə saat ərzində saxlayın. Bu halda biskvit daha elastik olacaq.

7. 2 portağaldan və 1 limondan şirə sıxın, sedrasını sürtgəcik kiçik gözündən keçirin (qabığın ağ hissəsinə dəyməyin).

8. Qabda şirəni, yumurtanı, sedranı qarışdırın, 5-10 dəqiqə saxlayın.

9. Qarışığı süzgəcdən divarları qalın olan qazana süzün,  şəkər tozu, nişasta əlavə edin, yaxşı qarışdırın. Vam odda krem qatılaşana qədər bişirin. Kremi soyudun.

10. Kərə yağını ağarana qədər çalın, hissə-hissə portağallı krem əlavə edin, hər dəfə mikserlə yaxşı çalın.

11. Şirəni hazırlayın. Şəkər tozunu isti suda əridin, soyudun.

12. Biskvitə fırça ilə şirəni çəkin.

13. Krem çəkin, hamarlayın.

14. Rulet formasında bükün.

15. Ruleti soyuducuya qoyun və 1-2 saat saxlayın.

16. Şokoladı su hamamında əridin, kərə yağı əlavə edin, qarışdırın.

17. Ruletə şokolad çəkin, çəngəllə şokoladın üzərində xətlər çəkin, ruletin qıraqlarını kəsin.

18. Ruletin üzərini zövqünüzə görə bəzəyin.

19. Hazır ruleti 3-4 saat soyuducuda saxlayın.

Nuş olsun!

Evdarliq.Az



 

 

.