Almalı-qozlu piroq

Çox zərif və dadlı piroqdur. Piroq tez və asan hazırlanır.

Lazım olan məhsullar:

Xəmir üçün:

- 200 qr un

- 200 qr şəkər tozu

- 200 qr xama

- 100 qr kərə yağı

- 2 dənə yumurta

- 1 çay qaşığı qabartma tozu

- 1 çay qaşığı vanilli şəkər

- 300 qr alma

Ovuntu üçün:

- 100 qr qoz (və ya fındıq, badam)

- 2 x.q. şəkər tozu

- 1 ç.q. darçın

Hazırlanması:

1. Ovuntu hazırlayırıq. Qozu blenderlə əzirik, şəkər tozu, darçın əlavə edirik, qarışdırırıq.

2. Almaları soyuruq, nazik doğrayırıq.

3. Yumşaq kərə yağı, şəkəri və vanilli şəkəri yaxşı çalırıq.  

4. Yumurta əlavə edirik, yenə yaxşı çalırıq.

5. Xama əlavə edirik, çalırıq.

6. Un ələyirik, xəmirə əlavə edirik. Qabartma tozu, duz əlavə edirik, qarışdırırıq.

7. Alma əlavə edirik, ehtiyatla qarışdırırıq.

8. Tavaya kərə yağı çəkirik, xəmirin yarısını qoyuruq, üzərinə ovuntunun 1/2 hissəsini səpirik.

9. Qalan xəmiri qoyuruq, üzərinə ovuntu tökürük.  

10. Sobanı əvvəlcədən 180 C qədər qızdırırıq. Piroqu 50-60 dəqiqə ərzində bişiririk.

Nuş olsun!

Evdarliq.Az