Şirniyyat

Şəkərparənin hazırlanması

Türk mətbəxinin dadlı təamlarından olan şəkərparə bir çoxlarının sevimli şirniyyatıdır.

Şərbətli şirniyyatlar arasında həm hazırlanması asan başa gələn, həm də çox ağır olmayan şəkərparə şirniyyatını aşağıdakı reseptlə hazırlaya bilərsiniz.

Lazım olan məhsullar:

- Marqarin (otaq temperaturunda) - 1 paket

- Yumurta - 2 ədəd

- Hindistan qozu - 2 yemək qaşığı

- Manna yarması - 1 çay bardağı

- Pudra şəkəri - 1 su bardağı

- Un - təxminən 4 su bardağı

- Qabartma tozu - 1 paket

- Vanil - 1 paket

- Fındıq

Şərbəti üçün:

- Şəkər tozu - 3 su bardağı

- Su - 4 su bardağı

- Yarım limonun suyu

Hazırlanması:

- Otaq temperaturunda yumşalmış marqarini bir qaba qoyun və üzərinə yumurta qırın. Manna, şəkər tozu, hindistan qozu, qabartma tozu və vanil əlavə edib qarışdırın. Sonra yavaş-yavaş unu əlavə edib qarışdırmağa davam edin.

- Xəmir lazımi şəklə gələnə qədər qarışdırıldıqdan sonra qoz böyüklüyündə parçalar qoparıb dairəvi şəkil verin (parçaların çox böyük olmasına ehtiyac yoxdur, çünki şərbətlə birlikdə biraz da böyüyəcəklər).

- Soba sinisini yağlayın. Şəkərparələri siniyə düzün və üzərilərinə bir fındıq dənəsi yerləşdirin.

- Şərbət üçün suyu və şəkər tozunu bir qazana töküb qaynadın, sonra içinə limon əlavə edib biraz da qaynadın və altını söndürün. Şərbəti soyumağa qoyun.

- Şəkərparələri sobada 180 dərəcədə üzəriləri qızarana qədər bişirin. Sobadan çıxdıqdan sonra 1-2 dəqiqə gözləyin.

- İlıq şərbəti sininin üzərində gəzdirin. Bütün şəkərparələrin yaxşıca islanmasına diqqət edin. Sonra sininin üzərini başqa bir sini ilə örtün və şəkərparələrin şərbəti özünə çəkməsini gözləyin.

Nuş olsun!

Evdarliq.Az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Meyvə-tərəvəz və göyərtinin düzgün yuyulması

Meyvə-tərəvəz və göyərtinin düzgün yuyulması

Ərzaqlar Hits:1545

Vitamin və minerallar insanın sağlamlığı üçün...

Dodaq boyasının qalıcı olması üçün TÖVSİYƏ

Dodaq boyasının qalıcı olması üçün…

Kosmetologiya Hits:3995

Dodaq boyanızın saatlarla qalmasını istəyirsiniz? Aile.lent.az...

Daha gümrah və sağlam olmaq üçün günə bu 4 prosedurla başlayın

Daha gümrah və sağlam olmaq…

Sağlamlıq Hits:2284

Sağlamlığınızı qorumaq üçün müntəzəm sürətdə sağlamlığınıza...

Ləkələri aparmağın təbii yolları

Ləkələri aparmağın təbii yolları

Paltarlara qulluq Hits:10863

Bəzən ləkələr xanımlar üçün ciddi problemə...

Ev şəraitində xalçaların təmizlənməsi

Ev şəraitində xalçaların təmizlənməsi

Təmizlik işləri Hits:18440

Ev şəraitində xalçaları təmizləmək üçün müasir...

Su çərşənbəsi üçün özəl menyu: turşu qovurma

Su çərşənbəsi üçün özəl menyu:…

İsti yeməklər Hits:933

Novruz bayramının müjdəçisi olan çərşənbələrin özünəməxsus...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:469

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:488

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:389

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:713

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:600

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:493

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:918

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1111

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az