Çox dadlı və qeyri-adi keks.
Lazım olan məhsullar:
- 1 dənə iri portağal
- 150 qr şəkər tozu
- 150 qr kərə yağı
- 150 qr un
- 50 qr badam (və ya qoz, fındıq)
- 50 qr tünd şokolad
- 2 dənə yumurta
- 1 çay qaşığı qabartma tozu
Hazırlanması:
1. Portağalı yuyun, qoğrayın, soyun, çəyirdəkləri çıxardın, blenderlə yaxşı əzin.
2. Badamı xırda doğrayın.
3. Kərə yağını şəkərlə birlikdə mikserlə yaxşı çalın (yağ ağarmalıdır).
4. Bir-bir yumurta əlavə edin, yaxşı çalın.
5. Portağal, badan əlavə edin, yenə də yaxşı çalın.
6. Unu ələyin, qabartma tozu əlavə edin, qarışdırın.
7. Xəmiri 2 hissəyə bölün.
8. Bir hissəyə əridilmiş şokolad əlavə edin, mikserlə çalın.
9. Tavaya xüsusi kağız sərin, əvvəl açıq rəngdə, üzərinə tünd rəngdə olan xəmiri qoyun, hamarlayın.
10. Layları qaşıqla üzdən bir az qarışdırın (çox qarışdırmaq lazım deyil), hamarlayın.
11. Sobanı qabaqcadan 180 C qədər qızdırın və keksi 40-50 dəqiqə ərzində bişirin.
12. Keksi soyudun, üzərinə pudra səpin.
Nuş olsun!
Evdarliq.Az