Şokoladlı qlazurun hazırlanması. MƏSLƏHƏTLƏR

Şokoladlı qlazur bir çox şirniyyatlarda istifadə olunur.

Qlazurun hazırlanmasında  müəyyən incəliklər var.

1. Qlazur hazırlamaq üçün su hamamı istifadə olunur. Böyük qazana su doldurulur, odun üzərinə qoyulur. Böyük qazanın üzərinə kiçik qazan qoyulur. Kiçik qazana xırdalanmış şokolad qoyulur və əridilir. Şokoladı ehtiyatla qarışdırmaq lazımdır.

2. Kiçik qazanın divarlarına kərə yağı çəkin ki, şokolad yapışmasın.

3. Hazır qlazuru şirniyatın üzərinə enli bıçaqla çəkin. Qlazurun qatının hamar olması üçün bıçağı isti suya salın və qlazuru ortadan kənarlara doğru cəld hərəkətlərlə çəkin.

4. Şokolad olmayanda qlazuru kakaodan da hazırlamaq olar. Bunun üçün 2 xörək qaşığı kakao-toz, 0,5 stəkan şəkər tozu, 3 xörək qaşığı su götürülür. Əvvəl kakao-toz şəkərlə yaxşı qarışdırılır, sonra su əlavə olunur, yenə də yaxşı qarışdırılır. Daha sonra qarışığı vam odda qarışdıra-qarışdıra bişirmək lazımdır.  

5. Hazır qlazuru bir qədər soyudun, 30 qr kərə yağı əlavə edin və mikserlə yaxşı çalın. Bu halda qlazur hamar olacaq.    

Evdarliq.Az



 

 

.