Çox dadlı və ətirli şirniyyatdır.
Lazım olan məhsullar:
- 200 qr şokolad
- 170 qr kərə yağı
- 1 stəkan şəkər tozu
- 3 dənə yumurta
- 1 ç.q. vanil
- 1 ç.q. qabartma tozu
- 1 stəkan un
- 60 qr qoz
Hazırlanması:
1. Su hamamında şokoladı əridin.
2. Yumşaq kərə yağını şəkər tozu ilə yaxşı çalın, şokolad əlavə edin, qarışdırın.
3. Yumurtanı kütləyə bir-bir əlavə edin, yaxşı qarışdırın.
4. Unu ələyin, qabartma tozu, duz, vanil əlavə edin, qarışdırın.
5. Unu yumurtalı-yağlı kütləyə əlavə edin, qarışdırın.
6. Qozu bir qədər tavada qurudun, xırda doğrayın və xəmirə əlavə edib yaxşı qarışdırın.
7. Tavaya xüsusi kağız sərin, xəmir qoyun.
8. Sobanı qabaqcadan 170 C qədər qızdırın və piroqu təxminən 35-40 dəqiqə ərzində bişirin.
9. Piroqu soyudun və üzərinə pudra səpin.
Nuş olsun!
Evdarliq.Az