Çox dadlı və faydalı şirniyyat.
Lazım olan məhsullar:
Xəmir üçün:
- 500 qr un
- 250 qr süd
- 100 qr kərə yağı
- 130 qr şəkər tozu
- 2 dənə yumurta + 1 dənə yumurta vatruşkaların üzərinə çəkmək üçün
- 2 çay qaşığı quru maya ("быстрые дрожжи")
- 1 çimdik duz
- 1 çay qaşığı vanilin
İçlik üçün:
- 350 qr kəsmik
- 1 dənə yumurta
- 120 qr şəkər tozu
- 2 xörək qaşığı xama
Hazırlanması:
1. İlıq süddə şəkər tozu və duz əridin, yumurta, vanilin əlavə edin, yaxşı qarışdırın.
2. Kərə yağını əridin, bir qədər soyudun, südə əlavə edin.
3. Unu ələyin, maya ilə qarışdırın, yağlı-südlü kütləyə hissə-hissə tökün və qarışdırın. Yumşaq və elastik xəmir alınmalıdır.
4. Xəmiri 5 dəqiqə ərzində yoğurun, kürə formanı verin, üzərini dəsmalla örtün və isti yerdə 1-1,5 saat saxlayın.
5. Sonra xəmiri bir az yoğurun və 12 hissəyə bölün. Hər hissəsyə kürəcik formasını verin, xüsusi kağız sərilmiş tavaya düzün (aralarında məsafə qalmalıdır), dəsmalla örtün və 15 dəqiqə saxlayın.
6. Kəsmiyi süzgəcdən sıxın, yumurta, şəkər tozu, xama və bir az vanilin əlavə edin, mikserlə yaxşı çalın.
7. Daha sonra hər kürəciyin ortasında kiçik qədəhlə oyuq düzəldin, oyuğa qaşıqla ehtiyatla içlik qoyun.
8. Yumurtanı 2 xörək qaşığı su ilə çalın və vatruşkaların üzərinə çəkin.
9. Sobanı qabaqcadan 170 C qədər qızdırın və vatruşkaları 25-30 dəqiqə ərzində bişirin.
Nuş olsun!