Çox tez və asan hazırlanan dadlı və ətirli piroq.
Lazım olan məhsullar:
- 4 dənə yumurta
- 1 stəkan şəkər tozu
- 100 qr kərə yağı
- 1/2 stəkan un
- 3/4 stəkan kokos yonqarı
- 1/3 stəkan limon şirəsi
- 2 limonun sedrası
- 1 stəkan süd
Hazırlanması:
1. Yumşaq kərə yağı şəkər tozu ilə mikserlə qarışdırılır.
2. Yumurta əlavə olunur (bir-bir), yaxşı qarışdırılır.
3. Süd əlavə olunur, qarışdırılır.
4. Limon və limon sedrası, ələnmiş un və kokos yonqarı əlavə olunur, yaxşı qarışdırılır.
5. Xəmiri tavaya tökün və qabaqcadan 170 C qədər qızdırılmış sobada təxminən 45 dəqiqə ərzində bişirin.
6. Piroqu soyudun və üzərinə şəkər kirşanı səpin.
Nuş olsun!
Evdarliq.Az