İtalyan peçenyesi "Kantuçini". Sadə və dadlı!

Ətirli və dadlı peçenye. Çox asan hazırlanır.

Lazım olan məhsullar:

- 2 stəkan un

- 170 qr şəkər tozu (stəkanın 3/4 hissəsi)

- 1 ç. q. qabartma tozu

- 1/2 ç. q. darçın

- 1 stəkan badam

- 2 ç.q. vanil şəkəri

- 3 dənə yumurta

Hazırlanması:

1. Badamı quru tavada bir qədər qovurun və qabıqlarını təmizləyin.

2. Unu ələyin, qabartma tozu ilə qarışdırın. Darçın, şəkər tozu, badam əlavə edin, yaxşı qarışdırın.

3. Digər qabda yumrtanı vanil şəkəri ilə yaxşı çalın.

4. Yumurta kütləni unla olan qaba asta-asta əlavə edin, yaxşı qarışdırın, xəmir yoğurun.

5. Xəmiri 3 hissəyə bölün, hər hissəni diametri 3-4 sm olan kolbasa şəklində yayın. Tavaya xüsusi kağız sərin, "kolbasa"ları qoyun, aralarında 4-5 sm məsafə saxlayın.

6. Sobanı qabaqcadan 180 C qədər qızdırın. Peçenyeni 25 dəqiqə bişirin.

7. Hazır şirniyyatı təxminən 10 dəqiqə soyudun və çəpinə oval formasında kəsin (eni təxminən 1 sm olmalıdır).

8. Peçenyeni tavaya düzün və yenə 15 dəqiqə ərzində sobada bişirin.  

9. Hazır peçenyeni bağlı qabda saxlayın.

Nuş olsun!  

Evdarliq.Az


Загрузка...
. .