Dadlı və ətirli tort.
Lazım olan məhsullar:
Xəmir üçün:
- 25 qr kakao
- 3 yumurta
- 125 qr kərə yağı
- 150 qr un
- 60 qr qoz
- 100 qr şokolad
- 250 qr su
- 125 qr şəkər tozu
İçlik:
- 150 qr ərik cemi (digər xoşladığınız jem istifadə edə bilərsiniz)
Qlazur:
- 100 qr qaymaq
- 100 qr şokolad
Hazırlanması:
1. Yumşaq kərə yağı şəkər tozu ilə mikserlə yaxşı qarışdırılır.
2. Yumurta əlavə edirik və yenə qarışdırırıq.
3. Un ələyirik, kütləyə əlavə edirik. Kakao əlavə edirik, mikserlə yaxşı qarışdırırıq. Qatı xəmir alınmaldır.
4. Xırda doğranmış qoz əlavə edirik, mikserlə qarışdırırıq.
5. Enli qazana su tökürük, ustünə daha kiçik qazan qoyuruq və odun üzərinə qoyuruq (buna su hamamı deyilir). Kiçik qazana doğranmış şokolad qoyuruq və əridirik.
6. Şokolad əriməyə başlayanda su əlavə edirik, qarışdırırıq. Şokolad tam əriməlidir.
7. Xəmiri mikserlə qarışdıra-qarışdıra içinə ərimiş şokoladı tökürük. Xəmir duru alınmalıdır.
8. Tavaya xüsusi kağız səririk, kağıza yağ çəkirik və xəmiri tökürük.
9. Tavanı qabaqcadan 180 C qədər qızdırırıq və xəmiri 1 saat bişiririk.
10. Xəmirin hazır olmasını diş çöpünün köməyi ilə yoxlayırıq - xəmirə çöp batırırıq, xəmir yapışmırsa, deməli hazırdır.
11. Soyuduruq və 2 laya bölürük.
12. Bir laya cem çəkirik, üzərinə 2-ci lay qoyuruq.
13. Qlazur bişirmək üçün su hamamında şokolad əridirik, qaymaq əlavə edirik, yaxşı qarışdırırıq. Qatı kütlə alınmalıdır.
14. Qlazuru tortun hər tərəfinə çəkirik. (Tortun üstünü doğranmış qozla bəzəmək olar.)
Nuş olsun!
Evdarliq.Az