Kəsmikli-limonlu keks. Yüngül və ləzzətli!

Keks çox dadlı və yüngül alınır. Bu keksi arıqlamaq istəyən xanımlar da yeyə bilər.

Lazım olan məhsullar:

- 250 qr kəsmik

- 200 qr un

- 170 qr şəkər tozu

- 1 dolu xörək qaşığı kərə yağı

- 1 limon

- 3 yumurta

- 1 1/2 çay qaşığı soda (1 dolu qaşıq + yarım qaşıq)

Hazırlanması:

1. Limon doğranır, çəyirdəkləri çıxarılır, blenderdə əzilir.

2. Yumşaq kərə yağı şəkər tozu ilə qarışdırılır, kəsmik əlavə olunur, qarışdırılır.

3. Limon, yumurta əlavə olunur, qarışdırılır.

4. Soda əlavə ollunur, qarışdırılır. Sodanın limonla reaksiyası nəticəsində kütlə çoxalmağa başlayacaq.

5. Bir neçə dəqiqə gözləyin, sonra ələnmiş un əlavə edin, yaxşı qarışdırın.

6. Tavaya xüsusi kağız sərin, xəmir qoyun.

7. Sobanı əvvəlcədən 180 C qədər qızdırın. Keksi isti sobaya qoyun və 1 saat ərzində bişirin.

8. Hazır keksi soyudun və üzərinə şəkər kirşanı səpin.

Nuş olsun! 

Evdarliq.Az


Загрузка...
. .