Bu dadlı və zərif piroq çox asan və tez hazırlanır.
Lazım olan məhsullar:
Xəmir üçün:
- 200 qr un
- 100 qr kərə yağı
- 50 qr şəkər tozu.
İçlik:
- 500 qr kəsmik
- 120 qr şəkər tozu
- 3 dənə yumurta
- 1 paket vanil şəkəri
Hazırlanması:
1. Enli qaba unu ələyin, şəkər tozu əlavə edin, soyuq kərə yağını sürtgəcdən keçirin.
2. Yağı unla barmaqlarınızla yaxşı qarışdırın ki, un görünməsin (ovuntu şəklində alınmalıdır). Ovuntunu soyuducuya qoyun.
3. Kəsmiyi süzgəcdən sıxın ki, yumşaq və həmcins alınsın. Yumurta, şəkər tozu, vanil əlavə edin, mikserlə yaxşı qarışdırın.
4. Formaya yağ çəkin, ovuntunun yarısını tökün, qaşıqla hamarlayın, üzərinə ehtiyatla içlik tökün.
5. İçliyin üzərinə qaşıqla ovuntunun 2-ci hissəsini ehtiyatla tökün.
6. Sobanı əvvəlcədən 180 C qədər qızdırın. Piroqu 40-50 dəqiqə ərzində bişirin.
7. Hazır piroq soyuyandan sonra üzərinə şəkər kirşanı tökə bilərsiniz.
Nuş olsun!
Evdarliq.Az