Südlü korjiklər. Çox sadə resept!

Korjikler çox tez və asan hazırlanır.  

Lazım olan məhsullar:

- 400-450 qr un

- 200 qr şəkər tozu

- 100 qr süd

- 100 qr kərə yağı

- 1 dənə yumurta

- 1 paçka (10 qr) vanil şəkəri (ванильный сахар)

- 1/2 ç.q. qabartma tozu

- 1 yumurta sarısı + 1 ç.q. su (korjiklərin üzərinə çəkmək üçün)

Hazırlanması:

1. Divarları qalın olan kiçik qazana süd, şəkər tozu və vanil şəkəri tökün, qarışdıra-qarışdıra qızdırın və bir neçə dəqiqə ərzində vam odda qaynadın. Sonra tam soyudun.  

2. Yumşaq kərə yağını yumurta ilə birlikdə mikserlə çalın.  Sonra asta-asta sirop tökün (çalmağı davam edirsiniz).

3. Unu ələyin və qabartma tozu ilə qarışdırın.

4. Yağlı-yumurtalı kütləyə asta-asta un əlavə edin, qaşıqla yavaş-yavaş qarışdırın.  Xəmiri çox yoğurmaq olmaz - korjiklər bərk alınacaq.

5. Yumşaq, əllərə yapışmayan xəmir alınmalıdır.

6. Xəmiri 7 mm qalınlığında yayırıq, forma ilə dairələr kəsirik.

7. Korjikləri xüsusi kağız sərilmiş tavanın üzərinə düzürük.

8. Yumurta sarısını su ilə qarışdırırıq və fırça ilə korjiklərin üzərinə çəkirik.

9. Sobanı əvvəlcədən 200 C qədər qızdırın və 10-15 dəqiqə ərzində bişirin.

Evdarliq.Az



 

 

.