Ağızda əriyən kokos peçenyesi

Çox dadlı və yüngül peçenye.

Lazım olan məhsullar:

- 2 dənə yumurta

- 100 qr şəkər tozu

- 170 qr kokos yonqarı

- 1 çimdik duz

Hazırlanması:

1. Yumurta ağını 1 çimdik duzla yaxşı çalın. Çalanda asta-asta şəkər tozu tökün.

2. Yumurta sarısını ayrı qabda çəngəllə qarıdırın və yumurta ağına ehtiyatla tökün (çalmanı dayandırmayın).

3. Kokos yonqarı əlavə edin və qaşıqla ehtiyatla qarışdırın.  Kövrək kütlə alınmalıdır.

4. Nəm əllərlə peçenyeləri düzəldin (onlara müxtəlif forma vermək olar - kürəcik, təpəcik), kağız sərilmiş tavaya düzün.

5. Sobanı əvvəlcədən 180 C kimi qızdırın və təxminən 10-15 dəqiqə ərzində bişirin.

6. Hazır peçenyenin üzərinə əridilmiş şokolad tökmək olar.   

Nuş olsun!

Evdarliq.Az




loading...

Körpələrə baxım zamanı anaların ən yayılmış səhvləri