Bananlı piroq. Çox asan!

Bu dadlı və ətirli piroq çox asan və tez hazırlanır.

Lazım olan məhsullar:

- Kərə yağı - 100 qr

- Yumurta - 1 dənə

- Şəkər tozu - 1/2 stəkan

- Banan - 3 dənə

- Un - 2 stəkan

- Qabartma tozu - 1 bağlama

- Vanilin - 1 bağlama

Hazırlanması:

1. Bananları təmizləyin, doğrayın və blenderdə əzin.

2. Yumşaq kərə yağını şəkər tozu ilə mikserlə yaxşı çalın, yumurta əlavə edin, yenə çalın.  

3. Unu ələyin, qabartma tozu, vanilin əlavə edin, qarışdırın.

4. Una şəkərli-yağlı və bananlı kütlələrini əlavə edin və yaxşı qarışdırın.

5. Xəmiri xüsusi kağız sərilmiş tavaya tökün.

6. Piroqu əvvəlcədən təxminən 180 C qədər qızdırılmış sobada hazır olana kimi (təxminən 30-40 dəqiqə) bişirin.

7. Hazır piroqu zövqünüzə görə xırda doğranmış qozla, çəkər kirşanı ilə, sürtgəcdən keçirilmiş şokoladla və s. bəzəyə bilərsiniz.

Nuş olsun!

Evdarliq.Az




Piyləri yandıran SUPER-QARIŞIQ. Resept