Şirniyyat

"Misir" tortu

"Misir" tortunun hazırlanma qaydasını təqdim edirik

Tərkibi: 

xəmir (1 korj üçün, cəmi 3 korj): 

3 yumurtanın ağı
2,5 x.q. şəkər tozu
0,5 x.q. un 
50 q xırdalanmış qoz (yaxud fındıq)
(3 korj üçün göstərilən ərzağı 3-ə vurun)

 
krem:

10 yumurtanın sarısı 
10 x.q. şəkər tozu
5 x.q. un
2 paket vanilli şəkər tozu
350 ml süd
170 q kərə yağı

xırt-xırt içlik: 

350 ml qaymaq 
200 q şəkər tozu
120 q doğranmış qoz, yaxud fındıq 

Krem: Yumurta sarıları, şəkər tozu, un, vanilli şəkər tozu və südü qarışdırın. Ocağın üstünə qoyub sürətlə və dayanmadan qarışdıraraq qaynara düşən anda ocaqdan götürün, kənarda daha 2 dəqiqə qarışdırın. Yağı xırda doğrayıb əlavə edin, mikserlə eynicinsli kütlə alınanadək çalın. 

Krem soyuyan müddətdə korjları bişirin: Yumurta ağlarını möhkəm çalın, şəkər tozu əlavə edib yenə çalın, kütlə parıldamalıdır.  Unu və qozu (fındığı) əlavə edin, səliqəylə qarışdırın. Perqament döşənmiş, yaxud yağlanmış formaya tökün. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Soyudun. (Eyni qaydada üç korj hazırlayın). 

Xırt-xırt içlik: Şəkər tozunu qazançada əridin, karamel halına gələndə dərhal perqamentin üzərinə tökün. Karamel tez soyuyur. İkinci perqament kağızını üzərinə örtüb qalın oxlovla xırdalayın (amma toz halında olmasın, o iri olmalıdır ki, xırtıldasın). Qaymağı möhkəm çalın. Karamel parçaları və doğranmış qozu (fındığı) əlavə edin. 

Hər korjun üzərinə bişmiş kremin 1/3-ni çəkin. 

Xırt-xırtlı içliyi çəkin. 

Proseduru daha iki dəfə təkrarlayın (korj+krem+xırt-xırtlı içlik).

Sonda tortun üstünə və kənarlarına xırt-xırtlı içlikdən çəkin, üzərini qozla bəzəyin.

Nuş olsun! 

Milli.Az 


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Xurma ilə dadlı piroq

Xurma ilə dadlı piroq

Şirniyyat Hits:1827

Məhsullar: - 1,5 stəkan un

Soyuducuda pis qoxunu necə yox etmək olar?

Soyuducuda pis qoxunu necə yox…

Təmizlik işləri Hits:12690

Bəzən soyuducuda spesifik qoşagəlməz iy əmələ...

Sadə və çox dadlı KİŞMİŞLİ KEKS

Sadə və çox dadlı KİŞMİŞLİ…

Şirniyyat Hits:25928

 Tərkib: - 2 stəkan un - 100 qr...

KARRİ toyuğu. Sadə və çox dadlı

KARRİ toyuğu. Sadə və çox…

İsti yeməklər Hits:1846

Tərkibi: - 500 qr toyuq filesi - 200...

İstifadə olunmuş çay paketlərini atmayın! 5 istifadə üsulu

İstifadə olunmuş çay paketlərini atmayın…

Faydalı məsləhətlər Hits:3965

İstifadə olunmuş çay paketləri adətən tullanır...

Tez hazırlanan ŞOKOLADLI KEKS

Tez hazırlanan ŞOKOLADLI KEKS

Şirniyyat Hits:2799

Tərkib: - 400 qr xama - 1 stəkan...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:469

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:488

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:389

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:713

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:600

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:493

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:918

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1111

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az