Qışda quru meyvələrlə çox dadlı piroqlar hazırlmaq olar. Sizə belə piroqun variantını təqdim edirik.
Lazım olan məhsullar:
- Şəkər tozu - 1 stəkan
- Yumurta - 1 dənə
- Süd - 3 xörək qaşığı
- Soda - 1 çay qaşığı
- Vanilin - 1 bağlama
- Un - 3 stəkan
- Kərə yağı - 200 qr
- Ərik qurusu - 100 qr
- Qara qavalı qurusu - 100 qr
Hazırlanması:
1. Şəkər tozu yumurta ilə yaxşı çalınır, süd əlavə olunur, yaxşı qarışdırılır.
2. Sirkə ilə söndürülmüş soda, un, vanilin əlavə olunur, qarışdırılır.
3. Kərə yağını sürtgəcdən keçirin, xəmiri yoğurun.
4. Xəmiri 2 hissəyə bölün - biri böyük (xəmirin 2/3 hissəsi), digəri kiçik (xəmirin 1/2 hissəsi) olmalıdır.
5. Xəmiri ayrı-ayrı olmaqla sellofana bükün və 1 saat ərzində soyuducuda saxlayın.
6. Meyvələri yaxşı yuyun, üzərinə qaynar su töküb qapağı bağlı qabda 20 dəqiqə ərzində saxlayın ki, meyvələr yumşalsın.
7. Xəmirin böyük hissəsini tavaya qoyun, üzərinə doğranmış meyvələri düzün.
8. Üzərinə xəmirin kiçik hissəsini sürtgəcdən keçirib səpin.
9. Piroqu əvvəlcədən 180 C kimi qızdırılmış sobada 30 dəqiqə ərzində bişirin.
10. Piroq soyuyandan sonra üzərinə şəkər kirşanı səpin.
Nuş olsun!
Evdarliq.Az