Şirniyyat

Qozlu-ballı peçenye

Bu peçenye uşaqların xoşuna gələcək. Müxtəlif qoz-fındıqdan istifadə etmək olar (qoz, fındıq, badam, keşyu və s.).

Lazım olan məhsullar:

- kərə yağı - 200 qr,

- şəkər tozu - 2-3 xörək qaşığı

- duru bal - 1/2 stəkan

- qabartma tozu - 1 paket,

- yumurta - 1 dənə,

- un - 2.5 stəkan,

- qoz-fındıq - 1/2 stəkan

- şəkər kirşanı (peçenyenin üzərinə tökmək üçün).

Hazırlanma:

1. Qoz-fındığı tavada bir qədər qızardın, sonra xırda doğrayın.

2. Yumşaq yağı şəkər tozu ilə yaxşı qarışdırın. Üzərinə bal və yumurta  əlavə edin və yenə də yaxşı qarışdırın.

3. Ayrı qabda unu qabartma tozu ilə qarışdırın və yağlı-yumurtalı kütləyə əlavə edib xəmir yoğurun (xəmir yumşaq alınmalıdır).

4. Xəmiri plyonkaya bükün və 20-30 dəqiqəyə buzxanaya qoyun.

5. Xəmiri 2 hissəyə bölün, tikələrə doğrayın.

6. Xəmiri peçenye formasına salın, xırdalanmış qoz-fındığa batırın.

7. Peçenye xüsusi perqament kağızı sərilmiş tavaya düzün və sobada 180 C-də təxminən 15 dəqiqə ərzində bişirin. Peçenye soyandan sonra onun üzərinə şəkər kirşanı səpin.

Nuş olsun!

Saglamolun.Az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика