Yulaf yarmasından peçenye

Yulaf yarması ən xeyirli yarmalardan biridir. Yulaf yarması sıyığı müxtəlif vitaminlər və mikroelementlərlə zəngindir.

Sıyıqdan əlavə yulaf yarmasından çox xeyirli və dadlı peşenye bişirmək olar.

Lazım olan məhsullar:

- yulaf lopaları ("herkules") - 1,5 stəkan

- yumurta - 2 dənə

- şəkər tozu - 100 qr

- kərə yağı - 150 qr

- qabartma tozu - 1 çay qaşığı

- buğda unu - 100 qr

- kişmiş - 50 qr

- darçın - bir çimdik

- vanil - 1 paket

- duz.

Hazırlanma:

1. Yumşalmış kərə yağı şəkər tozu ilə mikserlə qarışdırın.

2. Yumurta, vanil əlavə edin və yenə yaxşı qarışdırın.

3. Yulaf lopaları tavaya töküb 5 dəqiqə ərzində qızardın.

4. Ayrı qabda un, qabartma tozu, yulaf lopaları, duz, darçın qarışdırın. Yulaf lopaları çox iri olduqda onları əvvəlcədən blenderdə bir qədər üyüdün.

5. Sonra yağlı-şəkərli kütləyə əlavə edin və yenə də yaxşı qarışdırın.

6. Kişmişi yaxşı təmizləyib və yuyub əvvəlcədən qaynar suda 30 dəqiqə ərzində isladın, sudan çıxardın və xəmirə əlavə edib qarışdırın.

7. Tavaya bişirilmə üçün olan xüsusi kağız sərin və üzərinə qaşıqla bir birindən bir qədər aralı peçenyeləri düzün (qaşıqla qıraqları bir qədər düzəldin və peçenyeni yastıladın).

8. Peçenye 180 C kimi qızdırılmış sobada təxminən 15 dəqiqə ərzində (qızılı rəng alana kimi) bişirilir.

Nuş olsun!

Saglamolun.Az


.